23-12-2025, 18:26
18-12-2025, 11:11
18-12-2025, 01:05
25-11-2025, 15:01
11-11-2025, 20:04
Yeni il hədiyyələri sadə məsələ kimi görünsə də, numerologiya xatırladır ki, hər bir əşyanın öz enerjisi var. Bu enerji ya uğuru gücləndirə, ya da insanın gücünü, maliyyəsini, hətta münasibətlərdəki harmoniyanı əlindən ala bilər.
Mütəxəssislər hədiyyə seçərkən diqqətli olmağı və kişinin uğuruna, puluna və daxili gücünə mane ola biləcək əşyalardan qaçmağı tövsiyə edirlər.
2026-cı il Yeni ilində kişilərə nə hədiyyə etmək olmaz?
Saatlar həyat dövrünün dayanmasını simvolizə edir. 2026-cı ilin numerologiyasında saatlar uğursuz hədiyyə sayılır. Onların enerjisi işlərdə ləngimə, ritmin itməsi və şəxsi münasibətlərdə münaqişələrlə əlaqələndirilir. Xalq inanclarına görə isə saat hədiyyə etmək ayrılığa sayım başlatmaq deməkdir.
Kəsici əşyalar: bıçaq və ülgüc. Kəskin əşyalar ayrılıq və qırılma enerjisi daşıyır. Kişi üçün bu, işdə qəfil dəyişikliklər, mübahisələr və emosional qeyri-sabitlik kimi özünü göstərə bilər. Numerologiya məsləhət görür ki, əgər bıçaq hədiyyə edilirsə, mütləq qarşılığında sikkə alınsın ki, mənfi enerji “satın alınmış” olsun.
Pul olmayan pulqabı maliyyə problemlərinə işarədir. 2026-cı ildə maliyyə enerjiləri xüsusilə həssasdır. Boş pulqabı gəlir itkisi, maliyyə məhdudiyyətləri və resursların düzgün bölüşdürülməməsinin simvoluna çevrilə bilər. Əgər pulqabı hədiyyə edilirsə, içinə mütləq bir əskinas qoyulmalıdır.
Corab və alt paltarı gücü azaldır. Qadınlar üçün bu hədiyyələr çox yayğın olsa da, numeroloqlar xəbərdarlıq edir ki, corablar rutin və tükənmə enerjisi daşıyır. Kişilər üçün bu, şəxsi güclə deyil, məişət yükü ilə assosiasiya olunur. Yeni il gecəsi belə hədiyyələr motivasiyanı və həyat enerjisini azalda bilər.
Yazılı və zarafatlı ifadələri olan geyimlər. Numerologiya sözləri proqramlaşdırma kimi dəyərləndirir. Mənfi və ya zarafat xarakterli ifadələr kişinin enerjisinə təsir göstərə və il üçün arzuolunmaz ssenari formalaşdıra bilər. Hətta “tənbəl” və ya “divan kralı” kimi yazılar belə enerji kodu sayılır və hədiyyə edilməməsi tövsiyə olunur.
Ətirlər. Ətir çox şəxsi seçimdir. Əgər qoxu insanın sayısal enerjisi ilə uyğun gəlmirsə, bu narahatlıq yarada, özünə inamı azalda və ümumi halı pisləşdirə bilər.
2026-cı il Yeni ilində kişilərə nə hədiyyə etmək olar?
Numeroloqlar Odlu At ilində kişilərə aşağıdakı hədiyyələri tövsiyə edirlər:daxilində mütləq pul olan dəri aksesuarlar və ya pulqabılar;
bloknotlar, gündəliklər və planlaşdırıcılar;
mövzuya uyğun kitablar;
keyfiyyətli şarflar və ya papaqlar;
faydalı texnoloji qurğular;
təlimlərə və ya təəssüratlara dair sertifikatlar;
zövqlü termo fincanlar;
bahalı metallardan hazırlanmış minimalist bəzək əşyaları.//Lent.az