Alimlərdən sensasion kəşf: Kofein stress və depressiyanı...


Son elmi araşdırmalar kofeinin insan orqanizminə təsiri ilə bağlı indiyədək formalaşmış təsəvvürləri dəyişir. 

Musavat.com xəbər verir ki, tədqiqatçılar kofeinin beyinə təsir mexanizminin düşündüyümüzdən daha dərin olduğunu müəyyən ediblər.

Alimlərin qənaətinə görə, kofein beyində iltihabi prosesləri zəiflədir və dopaminin – xoş əhval-ruhiyyə və motivasiya ilə əlaqəli neyromediatorun – ifrazını dəstəkləyir. Məhz bu iki faktor stress və depressiya əlamətlərinin azalmasında əsas rol oynayır.

Araşdırmada qeyd olunur ki, orta dozada qəbul edilən kofein təsir baxımından yüngül antidepressantları xatırladır. Bununla yanaşı, mütəxəssislər bildirirlər ki, söhbət məhz normativ miqdardan gedir. Həddindən artıq kofein qəbulu əks effekt verə, təşviş, yuxusuzluq və ürək döyüntüsünün artmasına səbəb ola bilər.

Tədqiqat müəllifləri hesab edirlər ki, gündəlik bir-iki fincan qəhvə psixoloji gərginliyin azaldılmasına yardımçı ola bilər. 

 

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti