Dünən, 11:35
4-03-2026, 17:13
1-03-2026, 17:52
20-02-2026, 22:48
17-02-2026, 10:40
Bakı metrosunda qatarda tüstülənmə olması həqiqəti əks etdirmir.
Bu barədə Sozcu.info-ya "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, sərnişinin iddiası əsassızdır:
"Metroda heç bir hadisə baş verməyib. Tüstülənmə olarsa, qatar saxlanılır, texniki nasazlığın olub-olmaması üçün qatar yoxlanır. Amma deyilən heç bir hadisə baş verməyib. Hər hansı hadisə baş verərsə, buna operativ şəkildə reaksiya verilir".
***
Bakı metrosunda qatarda tüstülənmə baş verib.
Bu barədə Oxu.Az-a sərnişinlər məlumat veriblər.
Sərnişinlər bildiriblər ki, metronun "28 may" stansiyasında qatarda tüstülənmə olub.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.