26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Maştağa Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bir sıra ərazilərdə elektrik enerjisi olmayacaq.
“Azərişıq”dan Sozcu.info-ya verilən məlumata görə, martın 12-də Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35/10/6 kV-luq “Pirşağı” yarımstansiyasından çıxan 10 kV-luq 580. 1 və 2 nömrəli hava xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Pirşağı bağlar massivi və Ləhic bağları adlanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Məlumata görə, təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.