Bu şəxslərin əmlakı müsadirə olunur – SƏBƏB


Gürcüstanın Marneuli rayonunda bir neçə azərbaycanlıya məxsus daşınmaz əmlak dövlət ehtiyacları üçün məcburi qaydada müsadirə ediləcək.

Sozcu.info xəbər verir ki, məsələ Rustavi–Qırmızı Körpü və Rustavi–Sadaxlı avtomobil yolunun tikintisi ilə bağlıdır. Sənəddə qeyd olunur ki, Gürcüstanın Avtomobil Yolları Departamenti tərəfindən beynəlxalq əhəmiyyətli Şərq–Qərb magistral yolunun 4-cü investisiya layihəsi həyata keçirilir.

Rəsmi qərara əsasən, sözügedən layihə “zəruri ictimai ehtiyac” kimi qiymətləndirilib. Bu səbəbdən layihənin icrası üçün lazım olan ərazilərdə yerləşən daşınmaz əmlakların dövlət tərəfindən ekspropriasiya olunmasına – yəni kompensasiya ödənilməklə məcburi qaydada alınmasına icazə verilib. Avtomobil Yolları Departamenti əmlakların satın alınması ilə bağlı xüsusi mülkiyyətçilərlə razılıq əldə edə bilmədiyi üçün mülkiyyət hüququnun ekspropriasiya yolu ilə alınmasına ehtiyac yaranıb.

Məlumata görə, Gürcüstanın İqtisadiyyat Nazirliyinin qərarı ilə layihənin ehtiyaclarından irəli gələrək bir sıra vətəndaşlara məxsus torpaq sahələri və digər daşınmaz əmlaklar ekspropriasiyaya məruz qalacaq.

Qərardan narazı qalan şəxslər onun dərc edildiyi və ya rəsmi şəkildə təqdim olunduğu gündən etibarən 1 ay ərzində Tbilisi Şəhər Məhkəməsinin inzibati işlər kollegiyasına şikayət edə bilərlər.



Oxşar Xəbərlər

Xəbər lenti