26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Eyni yerdə saxlananda bir-birini çürüdə bilən məhsullar var və onları düzgün saxlamaq həm təzəliyi qoruyur, həm də israfın qarşısını alır.
Hər məhsulun ideal saxlama şəraiti fərqlidir:
Pomidor: Soyuducuya qoymayın, dadını itirir. Qaranlıq və sərin yerdə saxlayın.Kartof: Soyuq deyil, qaranlıqda saxlayın. Soyuqda nişastası şəkərə çevrilir.Sarımsaq və Soğan: Ayrı qabda, hava alan yerdə saxlayın. Bir yerdə qalsa, tez xarab olur.Kök: Kağız dəsmala sarıb soyuducunun tərəvəz bölməsində saxlayın, nəm tarazlığını qoruyur.Yaşıl yarpaqlılar: Yaxşıca qurulayın, kağız dəsmala sarın, bağlı torbada saxlayın.Limon: Tam halda soyuducuda saxlayın, yarımdırsa streçləyin.Yumurta: Qapaq hissəsinə deyil, soyuducunun orta rəfinə qoyun ki, istilik sabit qalsın.Çörək: Dilimləyin, dondurucuya atın, çıxanda təzə kimi olur.Alma: Soyuducuda digər meyvələrdən ayrı saxlayın, çünki etilen qazı digər meyvələri çürüdür.Banan: Otaq temperaturunda saxlayın, saplağını streçləyin.Pendirlər: Hava keçirməyən qabda və ya streçlə saxlayın.Süd və Qaymaq: Qapaq hissəsində deyil, orta rəflərdə saxlayın.
Bu qaydalara əməl etmək məhsulların ömrünü uzadır və qida dəyərinin qorunmasına kömək edir.//Demokrat.az