8-06-2026, 22:05
29-05-2026, 12:03
26-05-2026, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubu növbəti dəfə ədəbiyyat və elm adamlarını bir araya gətirdi. Bu dəfəki görüş görkəmli neftçi-alim, diplomat, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimi və eyni zamanda şair kimi tanınan Hacan Hacısoyun 80 illik yubileyinə həsr olunmuşdu.
Tədbirdə yubilyarın yaradıcılığına və elmi fəaliyyətinə xüsusi diqqət ayrıldı. Onun “Var ilə yoxun arası” adlı poetik toplusu ilə yanaşı, professor Rafiq Əliyevlə həmmüəllifi olduğu “Neftçıxarmada qeyri-səlis məntiq” kitabı da təqdim olundu. Bu əsərlər həm ədəbiyyat, həm də elmi düşüncə baxımından iştirakçılar tərəfindən maraqla qarşılandı.
Görüşdə şairin qələm dostları, alimlər və ziyalılar çıxış edərək Hacan Hacısoyun çoxşaxəli fəaliyyətindən, onun elm və söz dünyasına verdiyi töhfələrdən söz açdılar. Tədbir səmimi mühitdə keçərək yubilyarın zəngin həyat yoluna bir daha işıq saldı.
Arzuman Loğmanoğlu
Sozcu.info