Paytaxtda 100 minə yaxın bina SÖKÜLƏCƏK


"Söküntü prosesi paytaxtın bütün 12 rayonunun ərazisini əhatə edəcək. "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"na əsasən, söküntü olan ərazilərdə yeni binaların tikilməsi, parkların salınması, yeni metro stansiyalarının və tramvay xəttinin inşası nəzərdə tutulur".

Sozcu.info xəbər verir ki, bunu "Unikal"a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc deyib.

O bildirib ki, bu proses 100 minə qədər binanı əhatə edəcək:

"Çox böyük söküntü prosesi baş verəcək və həmin söküntü prosesi təkcə yeni binaların tikilməsi ilə deyil, eyni zamanda parkların salınması, abadlıq işlərinin görülməsi, infrastrukturun daha da yüksək səviyyəyə qaldırılması ilə nəticələnəcək. Ümumi planlar var, hansının daha tez baş verəcəyini söyləmək çətindir".



Oxşar Xəbərlər

Xəbər lenti