17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
Belə ki, mən Alisgəndərov Oktay Telman oğlu 5 aydan çoxdur ki, Tovuz Rayon İcra Hakimiyyətinin Başçısı Məmmədov Məmməd Cahangir oğlundan icarə müqaviləsi ilə birlikdə tələb olunan bütün sənədləri o cümlədən obyektin istismara qəbul edilməsinə dair aktın verilməsi üçün qanunla müəyyən edilmiş qaydada və məbləğdə 61 (altmış bir) manat dövlət rüsumu ödəyib ödənişə dair qəbzi də Tovuz Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinə təqdim edib, məni canıma doydurub, canımdan bezdirdikləri üçün əsəbdən əsəb, şəkər xəstəliyinə tutulub insult keçirməməyim xatirinə məcbur olub hətta 25 dekabr 2025-ci il tarixdə Azərpoçt ASC-nin Tovuz Mərkəzi filialı vasitəsi ilə rəsmi ərizə və teleqramla müraciət etsəm də nə obyektin istismara qəbul edilməsinə dair aktı ala bilirəm nə də obyektin istismara qəbul edilməsinə dair aktın verilməməsinin səbəblərini aydınlaşdıra bilirəm. Qısacası cavablarında şifahi olaraq onların dili ilə desək bildirirlər ki, “biz Başçının razılığı, “dabrosu”, “okeyi” olmadan obyektin istismara qəbul edilməsinə dair aktı nə verə bilərik nə də qanunla müəyyən edilmiş qaydada obyektin istismara qəbul edilməsinə dair aktın verilməməsinin səbəbləri barədə məlumat verə bilmərik.” Yəni qısacası bir sözlə Tovuz Rayon İcra Hakimiyyətinin Başçısı Məmmədov Məmməd Cahangir oğlu rəhbərlik etdiyi İcra Hakimiyyətinin bütün sturuktur Bölmələrinin səlahiyyətlərini və möhürlərini mənimsəməsi azmış kimi hətta xalq tərəfindən seçilmiş Tovuz rayonunda fəaliyyət göstərən bütün Bələdiyyələrin də səlahiyyətlərini və möhürlərini mənimsəməklə Tovuz əhalisini canına bezdirib Tovuzda özünü Bağdadda isə kor xəlifəni sayır, başda ən Ali Qanununmuz olan Azərbaycan Respublikasının Konstitutsiyası olmaqla qüvvədə olan bütün qanunvericiliyin ziddinə, əlehinə çıxmaqla bilərəkdən qəsdlə ciddi və kobud qanun pozuntularına yol verib hərəkət və ya hərəkətsizlik nümayiş etdirir. Odur ki, yuxarida qeyd etdiyim halları, faktları, sübutları və xüsusatları nəzərə alıb Sizlərdən artıq dərəcədə xahiş edirəm ki, öz şəxsi nüfuzunuzdan və səlahiyyətlərinizdən istifadə edib, Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyində 15230 nömrə ilə rəsmi portalda qeydiyyatan keçirdiyim, Tovuz Rayon İcra Hakimiyyətindən başqa 9 aidiyyəti qurumdan müsbət rəylər aldığım, obyektin yerləşdiyi torpaq sahəsinə dair Dövlətlə 01 oktyabr 2025-ci il tarixli 14115 nömrəli icarə müqaviləsi bağladığım Tovuz şəhəri Heydər Əliyev prospektində yerləşən tikinti sahəsi 0,97 kv.metr olan qeyri-yaşayış binama, obyektimə Tovuz Rayon İcra Hakimiyyətindən obyektin istismara qəbul edilməsinə dair aktın verilməsinə köməklik göstərib, Tovuz Rayon İcra Hakimiyyətində baş alıb gedən, ayaq tutub yeriyən hərəkət və ya hərəkətsizliyin, bu özbaşınalıqların qarşısının alınması üçün ciddi və təxirə salınmaz cəza tədbirləri görəsiniz.
İmza: Alisgəndərov Oktay Telman oğlu