Bu ərazilərdə su kəsildi


Sumqayıt şəhərinin bir sıra ərazilərində içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Sozcu.info xəbər verir ki, bu barədə Sumqayıt Sukanal İdarəsi məlumat yayıb.

Bildirilib ki, şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar bu gün səhər saat 09:00-dan axşam saatlarınadək suyun verilişi dayandırılacaq.

“Məhdudiyyət Sumqayıt şəhərinin 9, 10, 34, 40, 45 və 47-ci məhəllələrini, eləcə də 1, 2 və 4-cü mikrorayonların bəzi hissələrini əhatə edəcək. Bundan əlavə, 5, 6, 11, 12, 13 və 17-ci (9 mərtəbəli binalar) mikrorayonlarda da su təchizatında fasilə yaranacaq”, - deyə məlumatda qeyd edilib.



Oxşar Xəbərlər

Xəbər lenti