28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
Mayda Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq.
Sozcu.info xəbər verir ki, Nazirlər Kabinetinin 2 dekabr 2025-ci il tarixli qərarına əsasən, bu il mayın 27, 28-i Qurban bayramıdır. Müstəqillik günü (28 may) iş günü hesab edilmir. Əmək Məcəlləsinə görə, Qurban bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir.
Bu il Qurban bayramı Müstəqillik günü ilə üst-üstə düşdüyü üçün növbəti gün – 29 may istirahət günü olacaq. Eyni zamanda bu il 30 may şənbə, 31 may bazar gününə təsadüf edir.
Beləliklə, 27, 28, 29, 30 və 31 mayda ardıcıl iş olmayacaq.