Sosial ödənişlərin veriləcəyi tarix açıqlandı

Pensiyalardan sonra növbəti maliyyə vəsaitlərinin köçürüləcəyi tarix bəlli olub.

Dövlət Sosial Müdafiə Fondu mayın 22-də ölkə üzrə bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının verilməsini planlaşdırır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, həmin gün vəsaitlərin hesablara köçürülməsi ilə bu ayın sosial ödənişləri tam yekunlaşacaq. Vətəndaşlar pullarını bank kartları vasitəsilə ala biləcəklər.

Demokrat.az



Oxşar Xəbərlər

Xəbər lenti