8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Molli Roberts
"Washington Post”, 22.11.2019
Pit Butticic gənc nəslə rəhbərlik etmək istəyir – bu nəslin böyük təəssüfünə baxmayaraq.
Yeni minilliyin möhtəşəm namizədi bu yaxınlarda dərin cibli kampaniyası və rəy sorğuları ilə səs-küyə səbəb olub. Ancaq bir problem var: bələdiyyə başçısı Pitin cazibəsinə 37-dən iki dəfə yuxarı yaşda olan insanlar 37 yaşdan aşağı insanlardan daha çox düşür. "Generation Z” (Z Nəsli) hətta onu "Mayo Pit” adlandırmağa başlayıb və heç kim onun mayonezi olmaq istəmir.
Bəli, bəli, buna aydın bir izah var: ideologiya.
Gənclər, ümumiyyətlə, sola doğru meyillənirlər, buna görə də, ifrat solda olan namizədləri sevirlər – Berni Sanders, Elizabet Uorren; onlar öz radikal platformaları ilə separat statusları inkar edən liderlərdir.
Ancaq siyasət yalnız insanların inandıqlarının inikasıdırmı?
Bəlkə də Sout Benddə, İndiana əyalətində, bələdiyyə başçısının estetikası sönükdür. Bu cayıl ananızın "yaxşı oğlandır” deyəcəyi gənc növünə bənzəyir və diskotekada "High Hopes” ("Böyük Ümidlər”) rəqsi ilə çaxnaşma yarada bilər; tərəfdarları Ayova əyalətində hər addımını israrla "əladır” deyə bəyənirlər.
Butticicə dodaq büzənlərin dəlili budur ki, o, partiyasının mərkəzçilərini aldatmaq üçün mötədilliyə doğru hərəkət edir və sabiq vitse-prezidentin fanatı olmayanları üçün əvəzsiz alternativ halına gəlmək istəyir. İndiki keçmiş demokrat namizəd Beto O`Rurk, ehtimal ki, onun haqqında ən düzgün tərifi verib: "Düşünürəm ki, o, sorğu-test, fokus-qrup və məsləhətçilər üçbucaqlı siyasətçi növüdür”.
Hazırda, O`Rurkun özü uduzmağa yönəlmiş siyasət növü kimi görünür.
Butticicin kampaniyasına son həftələrdə göz dəyib. Onun "qara Amerika” üçün proqramına diqqət yetirilməlidir. "Intercept”-in xəbərinə görə, Cənubi Karolinada aldığı 40 faiz səs ağ amerikalılara aiddir. Əslində, zənci seçicilər Butticicin planını dəstəkləmirlər.
Pit Butticicin veb saytında həmin plana dair fotoşəkildə amerikalı qadın və oğlu deyil, afrikalı bir qadının oğlu ilə əks olunduğu aydınlaşıb. Fotonun özü Keniyada çəkilib. Kampaniya bunun günahını podratçının boynuna qoyub.
Butticicin özü də fotoşəkildə əla görünə bilər – 21-ci əsr üçün mükəmməl prezident. Amma böyüdükdə. Çünki haradasa laboratoriyada, test kolbasında yaradılan və əlbəttə, özü özünü yadan adama bənzəyir: Harvard Kolleci, Rodos təqaüdü, "McKinsey & Company”, Hərbi Dəniz Qorumasında zabit.
Rəsmi məlumatlarla mübahisə edə bilməzsiniz və bəlkə də problem məhz budur.
O, həqiqətən, təsiredici mükafatlar seriyasını toplamış ağıllı oğlandır. Ancaq yaşına uyğun yüksək liderlik və digər səciyyələri ortaya qoyur. Onda bütün nüfuzlu nişanlələr var. Amma siz ən nüfuzlu ənənəvi institutlarda ən yüksək qiymətlərə layiq görüldükdə, dəyişiklik xəbərçisi olduğunuzu iddia etməniz çətindir.
Ancaq Butticicin rezümesinin böyüməkdə olan nəslə təsir göstərə bilməməsinin başqa bir səbəbi var. Hamımıza Butticicin etdiyini öyrədiblər: yığımla uğura çatmaq – dərəcələr və digər nemətlər, yəni pul, evlər və digər əşyalar, valideynlərimizin ümidlərini isbatlayan hər şey. Biz bunu etdikdən sonra qarşılaşacağımızdan qorxuruq – boşluqdan.
Butticic gənc amerikalıları iddiasından başqa nəyəsə can atmasına inandıra bilməyib və o bunu etməyənə qədər amerikalılar hamının ən qorxduğu şeyi görəcəklər: nailiyyət mədəniyyətimizin boşluğunu. O, güzgüdən bizə baxır.
Tərcümə: Strateq.az