Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
MİQ üzrə vakant yerlərin SİYAHISI
Nazir hesabat verdi
Əvvəlki
Sonrakı
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Prezident qonaqlarını qarşıladı
18-05-2026, 12:32
BU ŞƏXSLƏRƏ 2750 MANAT YARDIM ÖDƏNİLDİ
-Nazirlik məlumat yaydı
8-05-2026, 18:42
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Əliyev, Putin və Paşinyan yeni sənəd imzalaya bilər...
Ermənistanın baş naziri Nikol Paşinyan 8-9 aprel tarixində Moskvaya səfər edəcək. Bu haqda yazan erməni mənbələr Moskvada kommunikasiyaların açılması ilə bağlı üçtərəfli formatda (İlham Əliyev, Putin və Paşinyan) yeni sənədin imzalanacağını iddia edirlər.
Söhbət hansı sənəddən gedir?
Regionda kommunikasiyanın açılması məsələsi iki bəyanatda əksini tapıb:
- 10 noyabr razılaşmasının 9-cu bəndi;
- 11 yanvarda Moskvada qəbul olunan 4 bənddən ibarət bəyanat.
Moskva bəyanatında kommunikasiyanın bərpasının 1 mart tarixindən etibarən reallaşacağı qeyd olunurdu. Üç ölkənin baş nazir müavinləri səviyyəsində keçirilən intensiv görüşlərin müzakirə mövzusu də bu tarixə qədər detalların razılaşdırılmasıdır. Mümkündür ki, 11 yanvar Moskva görüşündə kommunikasiyanın bərpası üzərində rəsmi sənədin imzalanması planlaşdırılıbmış, lakin tərəflərin mövqeləri buna imkan verməyib.
Azərbaycan: 10 noyabr razılaşmasının 4-cü bəndi – erməni qoşunlarının Qarabağdan tamamilə çıxarılması - reallaşmadan sənədi imzalamaq istəmir;
Ermənistan: əsirlərin qaytarılmasını istəyir; Paşinyanın görüşdən sonra “əsirlərlə bağlı razılıq əldə olunmadı” sözləri də bunu deməyə əsas verir.
Bunun fonunda detalların razılaşdırılması ilə bağlı danışıqlara da ehtiyac var idi: Ermənistan tərəfinin Zəngəzur dəhlizi ilə üzərindən manipulyasiya etdiyini bilirik.
İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı verdiyi mesaj, “Ermənistanı buna məcbur edəcəyik” sözləri Bakının mövqeyində israrlı olduğunu göstərirdi və Ermənistan bu israr qarşısında geri çəkildi: Paşinyan bəyan etdi ki, “Naxçıvan dəhlizi (Zəngəzur) təkcə Azərbaycan yox, həm də Ermənistana xeyirdir”.
Paşinyanın erkən parlament seçkilərini təyin etməsindən sonra belə açıqlama verməsi də indiyə qədər sərgilədiyi mövqeyin həm də daxili siyasi proseslərdən qaynaqlandığını deməyə əsas verir.
Nəticə bəllidir: Əliyev Ermənistana xəbərdarlıq etdi, Paşinyan razılaşdı və Moskvada mümkün növbəti görüşdə Zəngəzur dəhlizinin də yer aldığı kommunikasiyanın bərpası üzərində sənəd imzalana bilər.
Burada iki məqam yenidən aktuallaşır:
Sənəd imzalanana qədər erməni hərbi birləşmələri Qarabağdan çıxarılacaqmı?
Bu prosesin başladığına dair məlumatlar var:
- Qarabağda qalan 20 minlik erməni qoşunu çıxarılır: önümüzdəki həftələrdə, mümkündür ki, Moskva görüşünə qədər bu reallaşacaq (dünən bu haqda yazmışdıq);
- Ermənistan Qarabağa hərbi çağırışçı göndərmir: sülhməramlıların nəzarətindəki bölgədə təxmini 5 minlik “yerli qüvvələrdən” ibarət “ordu” saxlanılır (Bakının indiki mərhələdə buna səssiz qalması da səbəbsiz deyil);
Ermənistan bunu rəsmi şəkildə təsdiqləmir, seçkilərə görə təsdiqləməyəcək də.
Ermənistanın “əsirlər tələbi” yerinə yetiriləcəkmi?
Bakı bununla bağlı mövqeyini ifadə edib: müharibədən sonra əsir götürülən 62 (73 olduğu da deyilir) erməni terrorçudur;
Ermənistan mediasında Azərbaycanda 200-ə yaxın əsirin qaldığı iddiaları səslənir, hərçənd, rəsmi Bakı ən yüksək səviyyədə əsirlərin qaytarıldığını bəyan edib. Maraqlıdır ki, Azərbaycan Prezidenti əsirlərin qaytarıldığını məhz Zəngəzur dəhlizi ilə bağlı mesaj verərkən bildirmişdi və burada iki versiya yaranır:
- İlham Əliyev Ermənistana “Zəngəzur dəhlizi açılmasa, əsirlər qaytarılmayacaq” mesajını çatdırmaq üçün bunu demişdi;
- Bakının bütün tələbləri yerinə yetiriləndən sonra 62 (73) terrorçunun qaytarılması istisna deyil: bu terrorçuları sona qədər saxlamaq da lüzumsuzdur.
Bu kontekstdə “Kommersant” nəşrinin yazdıqları diqqət çəkir:
“Azərbaycan üç şərtinin qəbul olunacağı təqdirdə 73 diversantı Ermənistana qaytara bilər:
1. Qarabağdakı erməni qoşunu tamamilə çıxarılır;
2. Naxçıvanın Kərki kəndi qaytarılır;
3. Qırmızı Bazardan Şuşaya gedən yol Azərbaycan ordusuna təhvil verilir”.
Birinci şərt: qeyd etdiyimiz kimi, bununla bağlı prosesin başladığı ehtimalı böyükdür və mümkün Moskva görüşünə qədər reallaşa bilər;
İkinci şərt: Kərki kəndi ilə yanaşı, Qazaxın 7 kəndinin də təhvil verilməsi gözləniləndir; bölgədə demarkasiya işlərinin getdiyinə dair məlumatlar mütəmadi olaraq yayılır;
Üçüncü şərt: Qırmızı Bazar yolunun Ordumuza təhvil verilməsi ilə bağlı da məlumatlar yayılmışdı, hətta erməni mənbələr bunun qarşılığında 30 “əsirin” qaytarılacağını da yazırdı; bu yol strateji önəmə sahibdir:
- Şuşaya gedən yol qısalır: buradan şəhərə 35 kilometrlik asfalt örtüklü yol var;
- Ermənilərin Xocavəndlə əsas əlaqəsi ordumuzun nəzarətinə keçir;
- Bu yol həm də Xankəndiyə qısa zamanda çıxışı təmin edir: anti-terror əməliyyatına zərurət yaranarsa, yolun əhəmiyyəti ikiqat artır.
Paşinyanın seçkidən öncə bu şərtlərin hamısını, xüsusilə Kərki və Qazaxın 7 kəndi, yerinə yetirməsi çətin görünür, bu baxımdan, digər iki şərtin yerinə yetirilməsindən sonra “əsirlərin” bir qisminin saxlanılacağı, yaxud məhz seçkilər ərəfəsində qaytarılacağı da mümkündür: bu, rəsmi Bakının Ermənistanın daxili siyasətinə yön verməsi siyasətinə də hesablanmış ola bilər;
Bütün bunların fonunda Bakının ağıllı oynadığı diqqətdən qaçmamalıdır və indi gözlər mümkün Moskva görüşünə (8-9 apreldə ola bilər) dikilib. Görüş olacaqsa, kommunikasiyanın bərpası ilə bağlı rəsmi sənəd imzalanması gözlənilir və ona qədər 10 noyabr razılaşmasının 4-cü bəndinin - Qarabağdakı erməni qoşunların çıxarılması – yerinə yetiriləcəyi istisna deyil.
Asif Nərimanlı
Oxşar Xəbərlər
MOSKVADA KEÇİRİLƏCƏK MÜHÜM QARABAĞ GÖRÜŞÜ
Moskva görüşündən gözləntilər:
Prezident İlham Əliyevin Rusiyaya səfəri başlayıb
Putinlə Makron telefonla danışdı
Xəbər lenti
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam
Goranboyda AĞIR QƏZA:
ÖLƏNLƏR və yaralılar varFOTO
Əlaçı məzunlara hərbi xidmətdə güzəştlər verilə bilər
Narkotik şəbəkəsi ifşa edildi –
qadın və kişi saxlanıldı
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…
İran-İsrail davası neft qiymətlərini kəskin dəyişdi
Türkiyə yeni Konstitusiyaya doğru!
Sabah Sumqayıtda su kəsiləcək
Emin ilk dəfə atasının ikinci evliliyindən DANIŞDI
Sən demə, bu məşhur tərəvəz qızıla bərabər imiş
DSX MƏLUMAT YAYDI -
Saxlanılanlar var (FOTO)
Evdə ən az elektrik işlədən cihazlar açıqlandı
Süni intellekt “super peyvənd” hazırladı
İran ABŞ bazalarını hədəf aldı
Piyada günahkardırsa, sürücü niyə cəzalanır? —
AÇIQLAMA
Dollar və manatla bağlı risk var? —
AÇIQLAMA
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ–İran razılaşması yaxınlaşır, amma müharibə təhlükəsi qalır
SOSİAL
1
2
3
4
5
6
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…
Sabah Sumqayıtda su kəsiləcək