Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
MİQ üzrə vakant yerlərin SİYAHISI
Nazir hesabat verdi
Əvvəlki
Sonrakı
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Prezident qonaqlarını qarşıladı
18-05-2026, 12:32
BU ŞƏXSLƏRƏ 2750 MANAT YARDIM ÖDƏNİLDİ
-Nazirlik məlumat yaydı
8-05-2026, 18:42
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Azərbaycan, Türkiyə və Pakistanın universal yumruğu -
TƏHLİL
Azərbaycana və ya onun müttəfiqlərinə qarşı hər hansı bir iddiası olanlar üç qardaş ölkənin universal yumruğu ilə qarşı-qarşıya qalacaq.
Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə sentyabrın 12-dən etibarən "Üç qardaş - 2021” beynəlxalq təlimi başlayıb. Xüsusi Təyinatlı Qüvvələr komandanı, Vətən Müharibəsi Qəhrəmanı, general-leytenant Hikmət Mirzəyev açılış mərasimində çıxış edərək Azərbaycan, Türkiyə və Pakistanın dost və qardaş ölkələr olduğunu deyib: "Buna əyani sübut kimi Azərbaycanın 2020-ci il sentyabrın 27-də təcavüzkar Ermənistanın silahlı qüvvələrinə qarşı başladığı 44 günlük əks-hücum əməliyyatının ilk günündən Türkiyə və Pakistanın Azərbaycana həmrəylik və dəstək nümayiş etdirməsini göstərmək olar”
General-leytenant H.Mirzəyev “Üç qardaş – 2021” beynəlxalq təlimlərinin hər üç ölkənin hərbi qulluqçuları arasında geniş təcrübə və fikir mübadiləsi aparılmasına və onların peşəkar hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcəyinə əminliyini bildirib.
“Siyasi dəyişikliklər dünyanı bürüsə də,..”
Türkiyə və Pakistan nümayəndə heyətlərinin rəhbərləri polkovnik-leytenant Kürşad Konuk və polkovnik-leytenant Aamir Şahzad çıxış edərək qeyd ediblər ki, xalqlarımız və ordularımız arasında bu dostluq bağı sürətlə dəyişən qlobal mühitdə zamanın sınaqlarından uğurla çıxacaq, beynəlxalq siyasi dəyişikliklərin güclü küləkləri bütün dünyanı bürüsə də, bu üç qardaş etibarlı regional tərəfdaş və əməkdaş olaraq daha da yaxınlaşacaq. "Üç qardaş - 2021" beynəlxalq təlimi ordular arasında mövcud olan ikitərəfli əlaqələrin daha da gücləndirilməsinə xidmət edəcək, eyni zamanda, terrorla mübarizə üçün yeni üsulların kəşf edilməsinə və qarşılıqlı təcrübə mübadiləsi yolu ilə bacarıqların inkişaf etdirilməsinə imkan yaradacaq.
Azərbaycanda ilk beynəlxalq hərbi təlim
Hərbi ekspert Ədalət Verdiyev “Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan, Türkiyə və Pakistan hərbiçiləri arasında keçirilən beynəlxalq birgə təlimlər hər üç strateji tərəfdaş ölkənin təhlükəsizliyinin təmini baxımından mühüm əhəmiyyətə malikdir: “Bu təlimlər birgə döyüş əməliyyatları aparılması zamanı tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətlərinin təkmilləşdirilməsi, onların sülh və müharibə dövründə hərbi əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılması məqsədilə həyata keçirilir. Digər bir əhəmiyyəti də ondan ibarətdir ki, Azərbaycan indiyədək regional birgə hərbi təlimlərə ev sahibliyi edirdisə, artıq Pakistanın bu təlimlərə cəlb olunması ilə ölkəmiz ilk dəfə olaraq beynəlxalq birgə hərbi təlimlərə ev sahibliyi edir”.
Universal yumruqla qarşı-qarşıya
Ə.Verdiyev qeyd etdi ki, təlimlərdə iştirak edən hər üç ölkənin xüsusi təyinatlı qüvvələri özlərinə məxsus üstün cəhətlərə malikdir: “Hər üç ölkənin hərbi qulluqçularının malik olduqları təcrübənin mübadilə edilməsi və bu təcrübənin qardaş və dost ölkələr arasında paylaşılması onu deməyə əsas verir ki, Azərbaycana və ya onun müttəfiqlərinə qarşı hər hansı bir iddiası olanlar, gələcəkdə tək dəmir yumruqla deyil, üç qardaş ölkənin universal yumruğu ilə qarşı-qarşıya qalacaq. Eyni zamanda bu təlimlər hər üç qardaş ölkənin anti-terror əməliyyatlar aparmaq üçün təcrübə və imkanlarını genişləndirməklə bərabər, yeni silahlı mübarizə metodlarının da mənimsənilməsi ilə nəticələnəcək”.
“Siyasi mesajların ünvanı bəllidir”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Üç qardaş - 2021” beynəlxalq təliminin siyasi mesajlarının ünvanı bəllidir: "Bu ünvanlar erməni separatçıları, Ermənistan hakimiyyəti və onların arxasında dayanan güclərdir. O güclər Rusiyada da, İranda da var, hansı ki, biz onların təxribatlarını müşahidə edirik. Əsas mesajımız budur ki, artıq Azərbaycan tək deyil. 44 günlük müharibə də göstərdi ki, Azərbaycanı Türkiyə dəstəkləyib və dəstəkləyəcək. Üstəgəl, Pakistan da bu prosesə qoşulub və bu, hamıya mesajdır. Rusiya prezidenti Vladimir Putin də etiraf etmişdi ki, Türkiyənin bölgədəki varlığı artıq qaçılmazdır. Eyni zamanda Pakistan da bölgədə yerləşib. Bu, Azərbaycanın maraqlarına uyğundur. Düşünürəm ki, rəqiblərimizə və bizə təxribat yaratmaq istəyən qüvvələrə ciddi mesaj verilib. Türkiyə ilə hərbi ittifaq hər keçən gün güclənir və vahid ordu yaradılıb. Dövlət başçısı İlham Əliyevin də bir açıqlaması var idi ki, Azərbaycan ordusu türk ordusunun kiçik modelinə çevrilməlidir. Bu prosesdə nüvə dövləti olan Pakistanın da iştirakı gücümüzə daha böyük güc qatır”.
“Ən müasir silahlar alacağıq”
E.Şahinoğlu qeyd etdi ki, Azərbaycanla Türkiyə arasında vahid ordu konsepsiyası işləyir: "Bu günlərdə Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Baş qərargah rəisi Kərəm Vəliyev Türkiyədə səfərdə oldular. O cümlədən, Türkiyədən generallar Azərbaycana təyin olunub, vahid ordu yaradılır. Bu proses sürətlə gedir və bu, bizim üçün çox vacibdir. Hesab edirəm ki, Azərbaycan müharibədə qələbə çalsa da, müəyyən məsələlər var ki, onları da həll etməliyik. Məhz bu məsələlərin həllində Türkiyə bizə dəstəyini yenə də əsirgəmir. Pakistanın da hərbi texnikası müasirdir, təyyarələr istehsal edir. İstisna etmirəm ki, Türkiyədən və digər dost dövlətlərdən silah və sursat aldığımız kimi gələcəkdə Pakistandan da ən müasir silahlar alacağıq”.
Oxşar Xəbərlər
Hikmət Mirzəyev: "Azərbaycan, Türkiyə, Pakistan tarixə qardaş ölkələr kimi düşüb"
"Üç qardaş – 2021" təliminin təntənəli açılış mərasimi oldu - VİDEO
Xüsusi təyinatlılar “Üç qardaş - 2021” təlimində hava desant hazırlığı üzrə məşqlər ediblər – FOTO
Pakistanın
Xəbər lenti
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam
Goranboyda AĞIR QƏZA:
ÖLƏNLƏR və yaralılar varFOTO
Əlaçı məzunlara hərbi xidmətdə güzəştlər verilə bilər
Narkotik şəbəkəsi ifşa edildi –
qadın və kişi saxlanıldı
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…
İran-İsrail davası neft qiymətlərini kəskin dəyişdi
Türkiyə yeni Konstitusiyaya doğru!
Sabah Sumqayıtda su kəsiləcək
Emin ilk dəfə atasının ikinci evliliyindən DANIŞDI
Sən demə, bu məşhur tərəvəz qızıla bərabər imiş
DSX MƏLUMAT YAYDI -
Saxlanılanlar var (FOTO)
Evdə ən az elektrik işlədən cihazlar açıqlandı
Süni intellekt “super peyvənd” hazırladı
İran ABŞ bazalarını hədəf aldı
Piyada günahkardırsa, sürücü niyə cəzalanır? —
AÇIQLAMA
Dollar və manatla bağlı risk var? —
AÇIQLAMA
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ–İran razılaşması yaxınlaşır, amma müharibə təhlükəsi qalır
SOSİAL
1
2
3
4
5
6
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…
Sabah Sumqayıtda su kəsiləcək