27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Naxçıvan Azərbaycanın qədim torpağıdır və onun ayrılmaz hissəsidir. Bu ilin sentyabrın 25-də Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə Türkiyə prezidenti Recep Tayyip Erdoğan Naxçıvana səfərə gəlib.Naxçıvanda bir günlük işgüzar səfərdə olan prezident Erdoğan Azərbaycan prezidenti İlham Əliyevlə görüş keçirib. Prezidentlərin görüşü Naxçıvan Muxtar Respublikasının Ali Məclisində "təkbətək" formatda keçirilib. Prezident Erdoğan və prezident Əliyev "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu"nu imzalayıblar. "Qars-Naxçıvan dəmir yolunun tikintisi haqqında Niyyət Protokolunun imzalanması da tarixi hadisədir. Əminəm ki, bu layihə də uğurla həyata keçiriləcək və beləliklə, həm Azərbaycana, Türkiyəyə, həm də Orta Dəhlizin şaxələnməsi olaraq digər ölkələrə xidmət edəcək", deyə Erdoğan bildirib."Azərbaycan Respublikasında və Türkiyə Respublikasında bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu"nu imzalayıblar.Prezidentlərin iştirakı ilə Iğdır-Naxçıvan qaz boru kəmərinin təməlqoyma mərasimi keçirilib.İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verməklə onun bir mənbədən asılılığını aradan qaldırmış olacaq. 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 10 fevral tarixli Sərəncamına əsasən isə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə bu il iyunun 5-də qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb.Bundan əlavə prezidentlər Naxçıvanın bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak ediblər.Sonda Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.Naxçıvan Azərbaycanın qədim diyarıdır. Əfsuslar olsun ki, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzur Azərbaycandan ayrılmışdır və beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında coğrafi bağlantı kəsilmişdir. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini aparmağa başlayanda Naxçıvana qarşı da onların ərazi iddiaları var idi. Burada da şiddətli döyüşlər gedirdi və məhz o vaxt Azərbaycanın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə, - o zaman o, Naxçıvanın başçısı idi, - Naxçıvan düşməni yerinə oturtdu və öz ərazisini qoruya bildi, deyə İlham ƏIliyev bildirib.Prezident Recep Tayyip Erdoğan isə vurğulayıb ki, seçkilərindən sonra ilk səfərimi iyun ayında Şimali Kipr Türk Respublikası ilə birlikdə Bakıya etmişdim. Bu dəfə sizinlə Türkiyəni Türk dünyası ilə birləşdirən Naxçıvanda birlikdə olmaqdan böyük məmnunluq duyuram. 2008-ci ildəki son səfərimdən etibarən Naxçıvanın əldə etdiyi inkişafı qürurla müşahidə etdim. Naxçıvanın bugünkü səviyyəyə çatmasında böyük payı olan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevi anadan olmasının 100-cü ildönümündə bir daha ehtiramla yad edirəm.Bu görüş bir daha sübut etdi ki, dostluğumuz, qardaşlığımız əbədidir!Natiq Həsənov
Bülbülə bələdiyyəsinin sədri
Sozcu.info