8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
regnum.ru, 26.04.2018
Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə rəsmi səfər edib. Bu onun ölkə prezidenti postuna seçildikdən sonra ilk xarici səfəridir. O buna görə də müəyyən mənada rəmzi nümunə xarakteri daşıyıb, Bakı və Ankaranın qarşılıqlı münasibətlərində əldə edilən özəl səviyyənin nümayişi olub.
Burada çox şey Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan üçün də rəmzlərdə qurulub, axı o da Əliyev kimi erkən prezident və parlament seçkilərinə gedərək aprelin 20-də özünün seçki kampaniyasının startını elan edib.
Əliyev bu qayda ilə öz qələbəsini və əsas strateji tərəfdaş kimi Ankaranın seçiminin təsdiqini bu gün Türkiyədə başlanan mürəkkəb siyasi mübarizədə Ərdoğana təqdim edir. Əlbəttə, bu cür siyasətin səbəbləri və motivləşməsi dərində gizlənib və Ankaranın yükləndiyi indiki bölgəsəl xarici və daxili problemlərlə şərtlənir. Dağlıq Qarabağ üzündən Ermənistanla faktiki müharibə şəraitində Türkiyəni müttəfiqlik münasibətlərində saxlamaq Bakı üçün önəmlidir. Halbuki Ankaranın bölgədə kürd dövlətinin meydana çıxmasına yol verməməklə bağlı asimmetrik maraqları var. Azərbaycan öz ərazi bütövlüyünü itirib, Türkiyə potensial dağılmanın astanasındadır. Buradaca qeyd etməyinə dəyər ki, Ərdoğan ABŞ-dan onlarla amerikalıları geostrateji baxımdan türklərdən daha çox maraqlandıran kürdlər arasında seçim etməyi tələb edir. Çünki Vaşinqton kürdlər vasitəsilə Yaxın Şərq bölgəsində onların sıx yaşadıqları ölkələrə təsir edə bilər – bu isə Türkiyədən başqa həm də İran, Suriya və İraqdır.
Bununla yanaşı, iki türk dövləti müxtəlif düşmənlərlə müharibə durumundadır. Xatırladaq ki, Ankara və Bakı arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqda saziş imzalanıb. Amma bunda özəl konkretlik yoxdur. Güman etmirəm ki, Azərbaycan ordusu bölgədə türklərlə birgə hərbi döyüşlərə qatılacaq. Eynilə də güman etmirəm ki, Bakı İrəvanla müharibəyə başlasa, Türkiyə onun tərəfində fəal iştirak edəcək – xüsusən də çoxlaylı Suriya münaqişəsi şəraitində. Belə ki Əliyev hazırda "ya – ya da” tipli bərabərliyin həllinin olmadığı şəraitdə olduqca çətin durumdadır. İraq və Suriyadan sonra üzərinə kürd problemi proyeksiya edilən Türkiyəyə gəlincə, o, hazırda ciddi şəkildə narahatdır ki, Yaxın Şərqdə kürd problemi bundan sonra erməni məsələsinə calaşa bilər, təkcə Ankaraya deyil, Azərbaycana münasibətdə də aparıcı dövlətlər tərəfindən oynanıla bilər.
Türkiyədə artıq bir çox türk ekspertlərinin barəsində açıq mühakimə yürütdüyü "erməni ocağı” deyilən problem meydana çıxsa, onda erməni məsələsinin inkişafının İrəvanın tutduğu Rusiya istiqamətiylə yanaşı Qərb vektoru da müəyyən edilə bilər. Lakin erməni məsələsinin Yaxın Şərq hadisələri kontekstində bərpasının necə və hansı formatda baş verəcəyi və ümumiyyətlə, baş verib-verməyəcəyini hələlik heç kim bilmir, çünki kürdlərdən fərqli olaraq ermənilər bölgədə gərəkən geopolitik gücə malik deyillər. Türkiyə KİV-lərinin xəbər verdiyi kimi, bax, buna görə Əliyevin Türkiyə səfərinin gedişində və Ərdoğanla danışıqlarında Ermənistanda baş nazir Serj Sərkisyanınn istefasından sonra yaranan durum ciddi müzakirə olunub, "Ankara və Bakı arasında inteqrasiya proseslərinin zəifləməsi” baxımından təhlil olunub və İrəvanda "yeni” deyilən qüvvələrin hakimiyyətə gələcəyi halda ədalətli fəaliyyət ssenariləri hazırlanıb.
Bununla bağlı Azərbaycan politoloqu Tofiq Abbasovun yazdığı kimi, "Ankara və Bakı İrəvana yardım etmək iqtidarındadır”.
Amma necə? Doğrudanmı, Qarabağ istiqamətində mövcud paralel siyasi layların göstərilməsi vasitəsilə? Əliyev Türkiyəyə səfərinin yekunları üzrə yalnız Ankara ilə müdafiə tədarükləri sahəsində qarşılıqlı fəlaiyyət haqda açıq danışıb, yəni yenə də güc amilini işarələyib, habelə TANAP qaz kəməri, iqtisadiyyata yatırım cəlbi və s. haqda danışıb. Azərbaycanın Türkiyə ilə "qardaşlaşması” davam edir. Eləcə də demokratiya və insan haqları şüarı altında ABŞ və AB-nin Ankara və Bakıya basqısı güclənir. Belə ki iki prezidentin danışıqlarından sonra hazırda bölgədə hadisələrin inkişafını proqnozlaşdırmaq çətindir, amma duyum var ki, hər şey hansısa dönüş nöqtəsinə yaxınlaşır.
Tərcümə Strateq.az-ındır.