8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
regnum.ru, 12.07.2018
Brüsseldə ATƏT Minsk Qrupu həmsədrlərinin (İqor Popov – Rusiya, Stefan Viskonti – Fransa və Endryu Sxofer – ABŞ) vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN başçıları Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın ilk rəsmi görüşü baş tutub, tərəflər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə ediblər. Habelə ATƏT-in fəaliyyətdəki sədrinin şəxsi təmsilçisi Anjey Kaspşik də iştirak edib.
Məmmədyarov bunadək ATƏT MQ həmhəsdrlərilə ayrıca görüş keçirib. Ermənistan XİN nəticələr üzrə məlumat verib ki, xarici siyasət idarələri başçılarının söhbəti "tanışlıq xarakteri daşıyıb”. Amma Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev önəmli bir ayrıntı haqda xəbər verib: söhbət dörd saata yaxın çəkib, bu da hər halda ciddi dialoq, ya da mühüm problemlər üzrə diskussiyanı nəzərdə tutur. Amma nələr üzrə? Heç bir məlumat verilməyib.
Bununla yanaşı, Hacıyevin "görüşün gedişində Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesinin dolğun müzakirə olunduğu” və "danışıqların mövcud formatda davam etdirilməsinin önəmi qeyd olıunduğu” haqda sözləri mühüm bir ayrıntını aydınlaşdırır: İrəvan indiki mərhələdə Artsax Respublikasını (Dağlıq Qarabağ-red.) danışıqlar prosesinə daxil etmək cəhdindən imtinaya qərar verib…
Rusiya XİN başçısı Sergey Lavrov "Moskva Qarabağın danışıqlar prosesində iştirakı haqda İrəvan və Bakının qəbul edəcəyi istənilən qərara sayğı göstərəcək” deyəndə ekspertlərin çoxu bunu işarə hadisəsi kimi qəbul etmişdi. Çünki Stepanakertin (Xankəndi-red.) danışıqlar masası arxasına qayıdışı məsələsi ilk dəfə vasitəçilərin müzakirə gündəliyinə daxil olaraq faktiki institutlaşmağa başlamışdı. Lakin danışıqlar formatı əvvəlkitək qalıb ki, bunu da Azərbaycan diplomatiyasının müəyyən uğuru saymaq olar.
Eyni zamanda Bakının ATƏT MQ-nun danışıqlar gündəliyini dəyişməyə, münaqişənin tənzimlənməsində həmsədrləri BMT TŞ-nin məlum dörd qətnaməsini hüquqi əsas saymağa vadar etməyə nail olmaması onun uğursuzluğu görünür. Lavrov BMT Baş katibi Antonio Quterreşlə danışıqların nəticələri üzrə mətbuat konfransının gedişində bildirib ki, "BMT TŞ-nin Dağlıq Qarabağ üzrə qətnamələri hərbi əməliyyatlar dövründə qəbul edilib”.
Bu, qanaxıdıcı durumu dayandırmaq, siyasi dialoq məcrasına çevirmək imkanı verib. Sonra isə "istisnasız olaraq bütün tərəflərin razılığı ilə ATƏT Minsk Qrupu yaradılıb, bu çərçivədə Dağlıq Qarabağın qəti statusunun müəyyən olunması vasitəsilə ərazilərin azad edilməsi və siyasi tənzimləmə məsələsi daxil olmaqla qalan bütün məsələləri bu çərçivədə həll etmək razılığına gəliblər”.
Rusiyalı nazir bu zaman mühüm dəqiqləşdirmə aparıb: "İndiyədək hamımız bununla məşğuluq”, amma bunun baş verməsi üçün "münaqişə tərəfləri arasında konsensus gərəkdir”.
Konsensus yoxdur, yalnız çalarlar var. Azərbaycan XİN başçısı Brüssel danışıqları ərəfəsində deyib ki, münaqişə edən tərəflərin Qarabağ münaqişəsinin mərhələli tənzimlənməsində, guya, "yol xəritəsi” var və "2018-in əvvəlində əldə edilmiş anlaşma bundan ibarət idi ki, Ermənistan və Azərbaycanda seçkilərdən sonra mövcud gündəlik əsasında müntəzəm danışıqlar davam etdirilsin”.
Bunu Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın o zamankı prezidenti Serj Sərkisyan arasında hansısa razılaşımanın olduğu kimi qəbul etmək olar. Amma İrəvanda tezliklə siyasi böhran başlanıb, hakimiyyətə Paşinyan gəlib. Buna görə də Əliyevin "Ermənistanda Serj Sərkisyanın siyasi arenadan qovulmasında bizim də rolumuz var”sözləri indi necəsə qəribə qəbul edilir, lakin Azərbaycan lideri "bizim rolumuzu şişirtməmək üçün” bundan danışmaq istəməyib. O, habelə ümid ifadə edib ki, "Ermənistanın yeni hökuməti əvvəlki rəhbərliyinin səhvini təkrarlamayacaq və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində konstruktiv mövqe tutacaq”.
Bakının təklif etdiyi məntiqə əsasən, İrəvan, guya, Qarabağ yönündə Azərbaycana hansısa güzəştlərə getməlidir. Əliyev öz bəyanatıyla bu qayda ilə Ermənistanda Paşinyan üçün problem yaratmağı qarşısına məqsəd qoyurmu?
Əlbəttə, çox şey Əliyevlə Paşinyanın şəxsi görüşü zamanı aydınlaşacaq, amma belə bir görüşün haçan olacağı və onu hazırlamaq üçün Minsk Qrupu və Azərbaycan və Ermənistan xarici siyasət idarələrinin başçılarına nə qədər vaxt gərəkdiyini heç kim bilmir. Dağlıq Qarabağ münaqişəsinin dinc tənzimlənməsi üzrə danışıqlar prosesində ən yaxın vaxtlarda irəliləyiş hələlik gözlənilmir, ancaq danışıqlar davam etdiriləcək.
Tərcümə Strateq.az-ındır.