Ermənilər Gürcüstanı partlatırlar

Ermənilər Gürcüstanı partlatırlar

 


Serqo Qalstyan Gürcüstan DİN-ni "xoşagəlməz sürprizlər" ilə hədələyir və Gürcüstan parlamentinin ələ keçirilməsinə cəhd göstərdiyinə görə həbs edilən Nikol Paşinyanın silahdaşı Minasyanın azad olunmasını tələb edir

Ermənistan Respublikası xüsusi xidmət orqanlarının Erməni təxribatçıları və agentləri Gürcüstanda onsuz da mürəkkəb olmayan daxili siyasi vəziyyəti laxlatmaqda davam edirlər. İyunun 24-də Tbilisidə Respublika meydanından Ortaçalaya yəni DİN-in binasına qarşı "avtomobil yürüşü" təşkil olunub. Aksiya təşkilatçılarının bəyan etdiyi kimi, onların tələbi daxili işlər naziri Georgi Qaxariyanın istefası və Rustaveli prospektində saxlanılan şəxslərin azad olunmasıdır. Bəzi məlumatlara görə, aksiyanın əsas təşkilatçısı etnik erməni Serqo Qalstyan olmuşdur. S. Qalstyanın yerli mətbuata verdiyi məlumata görə, onların hakimiyyət qarşısında qoyduqları tələblər arasında Gürcüstan DİN başçısının istefası ilə yanaşı, iyunun 21- də aksiya iştirakçılarının həbsi barədə hokum vermiş hakimlərin istefası da var. Buda ona görə ki, Gürcüstan parlamentinin qanunsuz ələ keçirilməsinə cəhd göstərənlər arasında Erməni təxribatçıları da olub. Hətdaonlardan biri Minas Minasyanın dərhal azad olunmasına Ermənistan səfirliyi cəht göstərir. Buda ona görə ki, Minas Minasyan heç də sadə Ermənistan vətəndaşı deyil. Bəzi gürcü mənbələrinin verdiyi məlumata görə Soros Fondunun nümayəndəsi, erməni liberalı və Paşinyanın silahdaşı Minas Minasyan Gürcüstan parlamentinə hücum zamanı Gürcü qiyamçıları ilə birlikdə saxlanılaraq, 15 sutkahəbs cəzasına məhkum olunub. Bu isə, Nikol Paşiyyanın rəhbərlik etdiyi "dost" Ermənistan rəhbərliyinin Gürcüstanda dövlət çevrilişi cəhdinin birbaşa iştirakçısı olduğunu təsdiqləyir. Elə buna görə də "Avtomobil yürüşü” aksiyasının təşkilatcısı Serqo Qalstyan, cəkinmədən Gürcüstan parlamentinın ələ keçrilməsinə cəht göstərən insanlar azad olunmasa parlamentin binası qarşısında keçiriləcək aksiyalarındaha maraqlı və xoşagəlməz sürprizlərlə davam edəcəyini bəyan edir. Bu isə Qalstyanın Gürcüstan hakimiyyətini hədələməsi ilə yanaşı erməni millətçilərinin və təxribatçılarının özlərini Gürcüstanda öz evlərindəki kimi hiss etməsini göstərir. Əgər belə olmasa idi onlar respublika parlamentin qanunsuz ələ keçirilməsi cəhdində iştirak etməzdilər.

A.Məmmədli.

"Yeni Sözcü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}