27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
2020-ci il 27 sentyabr tarixində bədxah qonşumuz olan ermənilərin özbaşınalığına, qətliamlarına, atəşkəsi pozmasına son vermək üçün Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti əks hücum əmrini verdi. Bəli, elə o gündən ordu, xalq, prezident həmrəyliyi erməniləri sözün əsl mənasında susdurmağı bacardı. Xalq öz prezidentinə güvəndi. Bir dəmir yumruğun altında birləşərək düşmənə qan uddurdu. Hərbi texnikaları qənimət kimi götürüldü.Çünki bu illər ərzində dövlətin orduya ayırdığı büdcə ordu quruculuğu, ordunun döyüş qabiliyyətinin yaxşılaşdırılması, müasir silah-sursatla təchiz edilməsi ölkəni hərbi baxımından daha da gücləndirdi. Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin ordu, hərbi qüdrətini birə yüz artırdı. Azərbaycanın iqtisadi üstünlüyü bütün ölkələrin marağını dövlətimizə cəlb etmişdi.Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığı bizə tərəfdaş olan ölkələrin sayını artırmışdır. BMT Baş Assambleyası Avropa şurası, Qoşulma hərəkatı Avropa parlamenti, İslam əməkdaşlıq Təşkilatı və digər təşkilatlarla tərəfdaşlıq edib. Lakin Ermənilər heç bir aktı qəbul etmir, heç bir bəyamnaməyə fikir vermədənöz işğaIçı mənafelərini açıq-aşkar nümayiş etdirdi. Ən pisi də o idi ki, 30 il bəzi dünya xalqları tərəfindən həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənirdi.Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik siyasəti bu günə qədər gəlib çatmışdır. Rusiyanın onlara müvəqqəti bəxşiş kimi verdiyi torpaqlardan Qarabağı, Şərqi Zəngəzuru ermənilər saxta sənədlərlə özünküləşdirmək istəyərək xam xəyallarından heç vaxt vaz keçməmişdilər. Azərbaycanlıların tarixi və etnik torpaqlarından qovulması Sovet dövründən davam etmişdir. Buna göz yuman o vaxtkı SSRİ dövlət başçıları ermənilərə havadarlıq edir, haqq qazandırırdılar.1988-ci ildən başlanılan Qarabağ hadisələri, ermənilərin dinc əhaliyə divan tutmaları, soyqırım etmələri düz 30 il davam etdi.2020-ci il 27 sentyabrda Ali Baş Komandan İlham Əliyevin “ İrəli Əmri”, “Dəmir yumruq həmləsi” 30 ildə BMT-nin edə bilmədiklərini 44 günün içində həll etdi.Prezident çıxışlarının birində demişdi: “Mən nəyi, necə, nə vaxt edəcəyimi çox gözəl bilirəm”! Bəli, məhz elə də oldu! Qarabağın bütün şəhərləri, kəndləri erməni tapdağından qarış-qarış təmizləndi. 8 noyabr 2020-ci il Musiqi beşiyi olan Şuşamız işğaldan azad oldu. Bu ermənilər üçün məğlubiyyət sayılırdı. Bu biabırçılığa dözməyən bədxah qonşularımız və onların Baş naziri Nikol Paşinyan kapitulyasiya aktına imza atdı. Nəhayət Azərbaycan xalqı zəfər çaldı. Haqq-ədalət bərpa oldu. Ata nəsihəti yerinə yetirildi!“Mən işğal dövründə deyirdim, bir neçə dəfə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq.” – Prezident İlham ƏliyevAzərbaycanda Zəfər Gününün təsis edilməsi haqqında Prezidentin ilk fərmanı 2 dekabr tarixində verilmişdir. Bu sərəncama əsasən, Zəfər Günü hər il noyabrının 10-da keçirilməli idi. Lakin bu tarixin Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq Cənab İlham Əliyev Zəfər Gününün tarixini dəyişdirilməsi barədə qərar qəbul etmişdir. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbənin - Zəfər Gününün hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır. Əzizə Aqamədov
Suraxanı rayonu, Abil Səfərov adına 114 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi
Sozcu.info