26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Tbilisidə İpək Yolu Forumunun keçirildiyi ərazidə etiraz aksiyası keçirilib.
APA-nın yerli bürosunun xəbərinə görə, aksiya iştirakçıları Gürcüstanın Baş Naziri Giorgi Qaxarianın istefasını tələb ediblər.
Etirazçılar Baş Nazirin iyunun 20-21-də Tbilisidə parlamentin binası qarşısında baş verən polis-vətəndaş qarşıdurmasına görə məsuliyyət daşıdığını bildiriblər.
Qeyd edək ki, aksiyanın keçirildiyi vaxtda Baş Nazir G. Qaxaria forumda çıxış edib.