Eldar Mahmudovun qohumu barəsində 3 aylıq həbs qərarı verildi

Eldar Mahmudovun qohumu barəsində 3 aylıq həbs qərarı verildiBir müddət əvvəl vəzifəsindən azad olunan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynov həbs olunub.

APA-nın məlumatına görə, Yasamal Rayon Məhkəməsinin qərarı ilə B. Hüseynovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

B. Hüseynov Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır.

Qeyd edək ki, B.Hüseynov rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun əmri ilə işdən kənarlaşdırılıb. Onun tutduğu vəzifə müvəqqəti olaraq texniki direktor Rəsul Qurbanova həvalə olunub.

Onu da əlavə edək ki, B. Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}