Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibəsi

Martın 1-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi sessiyası: Gələcəyə baxış” və “COP29 fonunda yaşıl enerji sessiyası: Bərpa olunan enerjinin imkanlarından istifadə” mövzularında plenar sessiyalarla davam edib.
Bu toplantı Məşvərət Şurasının 10 illik yubileyi və qlobal enerji keçidinə liderliyin Azərbaycana həvalə olunduğu COP29 ərəfəsində keçirilməsi ilə əlamətdardır. Məşvərət Şurası enerji təhlükəsizliyi və enerji keçidi məsələlərini uğurla inteqrasiya etməklə yeni dövrə ədalətli enerji keçidini təşviq edən platforma kimi daxil olur. Cənub Qaz Dəhlizinin inkişafı və qaz tədarükünün artırılması, “Xəzər-Qara-dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin yaradılması və bərpa olunan enerjinin təchiz edilməsi region və Avropa ölkələrinin enerji təhlükəsizliyində yeni mərhələdir. Azərbaycan Avropa İttifaqı ilə genişləndirilmiş strateji enerji tərəfdaşlığının bu mühüm prioritetinin icrasına artıq başlayıb: “Nəticədə Avropaya qaz ixracında artım 45%-ə, tədarükçü ölkələrin sayı isə 8-ə yüksəlib. Ötən il Avropaya 11.9 milyard kubmetr, Türkiyəyə 9.5 milyard kubmetr, Gürcüstana isə 2.5 milyard kubmetr qaz ixrac olunub. Bu artım dinamikasında əlavə marşrut kimi Trans-Balkan kəmərindən istifadənin də rolu var. Azərbaycanın təmin etdiyi əlavə həcmlər bu ildən Serbiyanın, həmçinin ötürücülük gücü artırılan TAP-ın təchizatının da mənbəyidir. Bütün bunlar, eləcə da “Abşeron Faza1”, “AÇG Dərin Qaz”, “Ümid Mərhələ-2”, “Qarabağ” layihələrinin işlənilməsi üzrə görülən tədbirlər mövcud şəraitdə Azərbaycanın səylərinin və etibarlı tərəfdaş olmasının bariz göstəriciləridir”.
Prezident İlham Əliyev çıxışı zamanı bu məsələnin vacibliyini xüsusi olaraq vurğulayıb.
“Avropada Azərbaycan qazına böyük tələbat var idi və olmaqda qalır. Bizə bir çox ölkələr müraciət etmişdir və artıq altı ölkə bizim təbii qazı alır. Əlavə bir neçə ölkə ilə danışıqlar aparılır”, - deyə Prezident İlham Əliyev vurğulayıb. 
Bu gün Azərbaycan enerji potensialını düzgün qiymətləndirərək çoxşaxəli enerji siyasəti ilə regional və qlobal əhəmiyyətli aktora çevrilib. Həmçinin Azərbaycan durmadan artan iqtisadi qüdrəti, regionda lider dövlət statusuna sahib olması, beynəlxalq təşəbbüsləri, reallaşdırdığı faydalı layihələr onun beynəlxalq nüfuzunu xeyli artırıb. Artıq beynəlxalq aləm bu gün dərindən anlayır ki, Azərbaycan dünya üçün nə qədər əhəmiyyətli və potensialı yüksək olan ölkədir. Əsasən neft-qaz mənbələrindən asılı olan Avropa regionu ölkələri enerji təhlükəsizliyi baxımından Azərbaycanla əməkdaşlığa böyük üstünlük verirlər. Eyni zamanda qalib və güclü Azərbaycanla əməkdaşlıq etmək gələcək meqalayihələrlə bağlı təhlükəsiz mühit deməkdir. Avropa ölkələri də bunu yaxşı başa düşür və Azərbaycanı hazırkı durumda əməkdaşlıq üçün cazibədar ölkə hesab edirlər. Bu da prespektivdə Azərbaycanın Avropa regionun böyük hissəsini neft və qazla təmin edəcəyinin ismarıcıdır.
Azərbaycanın neft və qazı Avropa üçün əhəmiyyətlidir. Təkcə ona görə yox ki, Avropanın buna ehtiyacı var, həm də ona görə ki, Azərbaycan etibarlı tərəfdaşdır. Rusiyanın da nefti, qazı, təbii sərvətləri var, amma bu məsələlər Avropanı cəkindirir. Çünki həssas məqamlarda Rusiyanı bunu qarşı tərəfə silah kimi istifadə edir. Azərbaycan isə heç zaman bu cür addımlar atmır. Ona görə də bu cür əməkdaşlıqlarımız genişlənir və gələcəkdə daha da genişlənəcək.

Nəsimi Quliyev

Suraxanı rayonu, 280 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti