8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İmişli rayonu, Qaraqaşlı kənd sakini Muradov Möhsüm Əhmədağa oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə səlahiyyətli qurumlara müraciət edir: “Mən, Muradov Möhsüm Əhmədağa oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Bilidrirəm ki, 1990-cı ildən 1994-cü ilədək "Yaşma"da yerləşən N saylı hərbi hissədə xidmət etmişəm. 1994-cü ilin aprel ayında Ağdam bölgəsinə getmişəm. Həmin vaxtlarda səhhətimdə ciddi problemlər yaranıb. Yaddaş itkisi ilə yanaşı, qulaqlarımda problem yaranıb və əsəblərimdə gərginlik olub.
O vaxtdan bu günə qədər heç yerdə işləyə bilmirəm, utana-utana yaşayıram. Veteranlığımı da vermədilər. Dövlətdən heç bir vəsait almıram. Dəfələrlə müraciət etsəm də, fayda vermədi.
3 uşaq atasıyam, gələcəyin 2 əsgərini böyüdürəm. 43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik. Səbəb isə odur ki, rayonda su yoxdur. Vəzifədə oturanlar deyirlər ki, kəndlinin torpağı var, əkib-becərsin, ölməsin. Əkib-becərmək üçün sahəni sulamaq lazımdır. Vəzifədə oturanlar əslində yaxşı bilirlər ki, harda vəziyyət necədir, sadəcə vəzifələrindən sui-istifadə edirlər.
Mən və övladlarım nə üçün əziyyət çəkməliyik? Qıraqdan baxana döyüş asan gəlir...".
Jalə FAMİLQIZIRedaksiyadan: Rəsmi qurumların mövqeyini dərc etməyə hazırıq.