Gülnarə Kərimovanın mətbəxdə keçirilmiş məhkəməsi və … – Pəncərədən girən maskalılar…

 

Özbəkistanın mərhum prezidenti Islam Kərimovun böyük qızı Gulnara Karimovaya beş il həbs cəzasının kəsildiyi məhkəmə onun saxlandığı evin mətbəxində keçirilibmiş. Bunu onun qızı Iman Karimova "The Guardian” qəzetinə müsahibəsində deyib.
Müsahibədə Iman Kərimova anasının 2014-cü ildə həbsindən sonrakı həyatının bəzi qaranlıq məqamlarına aydınlıq gətirir. Müsahibədə deyilir ki, xüsusi təyinatlılar onun yaşadığı evə eyvandan daxil olublar, Gulnarə Kərimova atasıyla əlaqə yaratmağa çalışsa da alınmayıb.

Qeyd edək ki, bu müsahibədən bir neçə gün öncə ABŞ hakimiyyəti Kərimovaya ittihamlar irəli sürüb, o, xarici korrupsiya aktları haqda qanunu pozmaqda ittiham olunur, adı beynəlxalq rüşvətxorluq sxemində çəkilir.
Martın 5-də isə prokurorlar Kərimovanın həbsxanaya köçürüldüyünü, onun ev dustaqlığının şərtlərini pozduğunu açıqlayıblar. İsveçrəli vəkili onun "məhdudiyyətlərə, qanunsuz metodlara, kütləvi psixoloji təzyiqə” məruz qaldığını deyib.

"Gulnara Kərimova yenidən yoxa çıxıb… İttiham olunan şəxs özünü hərtərəfli və daimi şəkildə müdafiədən, ədalətə və ədalətli məhkəməyə çıxışdan məhrumdursa, hər hansı ittihamnamə mənasını itirir”, – vəkil Gregoire Mangeat martın 2-də AzadlıqRadiosu-na yazılı emailində bildirib.

Daha öncəki vəkil açıqlamasına görə, Kərimova Daşkənddə saxlandığı mənzildən "zorla çıxarılaraq naməlum yerə aparılıb”.

Iman Karimova "The Guardian”a deyb ki, anasıyla özünün zilləti o, 2014-cü ilin əvvəlində təhsil aldığı Britaniyadan Daşkəndə gəlincə başlayıb. Onda 15 yaşı varmış. Bir səhər bir dəstə xüsusi təyinatlı kəndirlə onların qaldığı mənzilin eyvandan içəri daxil olublar. Onlara baş çəkməyə gəlmiş dostları başlarına torba keçirilərək aparılıb, mənzildəki bütün elektronika əşyaları və sənədlər müsadirə olunub. Gulnara Kərimova "babamla telefon əlaqəsi saxlamağa çalışsa da, alınmırdı”, qızı danışır.

2015-ci ilin avqustunda isə onların qaldığı evə hakim, prokurorlar və görünür, dövlətin təyin etdiyi, əsəbi vəkil gəlib, elə mənzildəcə bir neçə saat içində "məhkəmə” keçiriblər.

Özbəkistan hakimiyyəti bu iş barədə 2017-ci ilin iyulunda məlumat yayıb, Gulnara Kərimovanın 2015-ci ildə beş illik "məhdud azadlığa” məhkum edildiyini, onun bir neçə nəfərlə birlikdə pul qoparma, mənimsəmə, vergidən yayınmada təqsirli bilindiyini bildirib.

20 yaşlı Iman Kərimova hazırda Londonda yaşayır, qardaşı Islam Kərimov da ordadır. Onlar Özbəkistan hakimiyyətini analarını buraxmağa çağırıb.



Oxşar Xəbərlər

Xəbər lenti