Gürcüstan parlamentində “Keşikçi Dağ” məsələsi müzakirəyə çıxarıldı – AZƏRBAYCANLI DEPUTATLAR TOPLANTIYA DƏVƏT OLUNMADI / Yenilənib

 

Xəbər verdiyimiz kimi, bu gün Gürcüstan xarici işlər nazirinin müavini David Darsaliya və deputatlar parlamentin qapalı iclasında "Keşikçi Dağ” kompleksi və sərhədin demarkasiyası ilə bağlı problemləri müzakirə ediblər.
Müstəqil nümayəndələr Gürcüstan XİN təmsilçisinə "Keşikçi Dağ” (David Qareci) kompleksinin demarkasiya-demilitarizasiyası ilə bağlı suallar veriblər. Qapalı iclasdan sonra deputatlar bəyan ediblər ki, bu məsələ üzrə xüsusi yaradılmış komissisya problemi həll edə bilmir. Təklif olunub ki, problemin həlli ən yüksək səviyyədə siyasi müzakirə olunmalı və qərar qəbul edilməlidir.
"Komissiyanın üzvlərinin işi David Qareci məsələsinin həllində doğru qərara verməyə yetərli deyil. Bu məsələ siyasi formada həll olunmalıdır”,-  müstəqil deputat Eeka Natsvlişvili bildirib.
"Məsələ bu prosesi effektiv şəkildə aparacaq bütün vasitə və resursların toplanmasını, siyasi dəstəyin məsələyə cəlb olunmasını tələb edir ”,-deyə deputat Eka Beseliya bəyan edib.
Xatırladaq ki, bu gün deputatlar bağlı qapılar arxasında XİN rəhbərinin müavini Laşa Darsaliyanın "Keşikçi Dağ” məsələsinə dair məruzəsini dinləyiblər.
Muxalifet.az-ın əldə etdiyi məlumata əsasən, bu toplantıya Gürcüstan parlamentinin azərbaycanlı deputatları dəvət edilməyib.

***

Gürcüstan xarici işlər nazirinin müavini David Darsaliya və deputatlar parlamentin qapalı iclasında "Keşikçi Dağ” kompleksi və sərhədin demarkasiyası ilə bağlı problemləri müzakirə ediblər.
Muxalifet.az Gürcüstan mediasına istinadən xəbər verir ki, xarici işlər nazirinin müavini "Keşikçi Dağ” kompleksi ilə bağlı problemli məsələlər haqda parlamentə məlumat verib. Nazir müavini qapalı iclasdan sonra jurnalistlərə açıqlama vermədən, parlamenti tərk edib.
"Biz demarkasiya işləri üzrə komissiyanın işləri haqda qanunverici orqanı məlumatlandırdıq”,- deyə David Darsaliya bəyan edib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}