Hacıqabulda alman uşağı zəhərləndi – Almaniyadan təyyarə göndərildi

Hacıqabulda alman uşağı zəhərləndi – Almaniyadan təyyarə göndərildi

 

Azərbaycanda zəhərlənən 5 yaşlı almaniyalı uşaqla bağlı ətraflı məlumat yayılıb.

Sozcu.info  baku.ws-ə itinadən xəbər verir ki, Azərbaycana gəzməyə gəlmiş Almaniyalı ailənin 5 yaşlı oğlu Hacıqabulda səhvən qarışqa zəhəri içərək zəhərlənib.

Hacıqabul təcili tibbi yardım əməkdaşları uşağın vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər. Lakin sonradan uşağın vəziyyətinin pisləşdiyini görən ailə Şirvan mərkəzi xəstəxanasına müraciət ediblər.

Xəstəxanada uşağa qaytarması üçün marqanis içizdiriblər. Amma uşağın vəziyyətində dəyişiklik olmadığından onun mədəsini yuyublar.

Nəticədə uşağın vəziyyəti daha da pisləşib.

Komaya düşən uçşağın valideynləri Bakıdan həkim gətirilməsini tələb etsələr də, xəstəxananın baş həkimi buna ehtiyac olmadığını bildirib.

Lakin valideynlərin israrından sonra Toksikologiya Mərkəzindən həkim gətizdirilir.

Həkim uşağı 3 saat əziyyətdən sonra komadan çıxarıb. Daha sonra uşaq tam sağalmadığı üçün Bakıya gətirilir.

Ailə isə təcili Bakıdakı alman konsulluğuna müraciət edərək Almaniyadakı ADAC sığorta şirkəti ilə əlaqə yaradır.

ADAC tərəfindən göndərilən təyyarə ilə uşaq Hamburga, "Toxikologische Klinikum”a gətirilir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}