Baş nazirdən Ankaraya ağır ittiham:"Təxribatları sıxlaşdırıbsız, bu taktikadan əl çəkin..."

Baş nazirdən Ankaraya ağır ittiham:"Təxribatları sıxlaşdırıbsız, bu taktikadan əl çəkin..."

 


Yunanıstanın Baş naziri Aleksis Çipras Türkiyə ilə aralarında yaşanan gərginliklə bağlı Ankaraya ittihamlar səsləndirib.

 

Sözçü info xarici mətbuata istinadən xəbər verir ki, o, Türkiyəni iki ölkə arasındakı əlaqələri pozmaqda ittiham edib.

Çipras iddia edib ki, Türkiyə təxribatları sıxlaşdırıb, bununla da münasibətləri gərginləşdirir: "Münasibətlərin qaydaya düşməsi üçün çalışmalıyıq. Lakin Türkiyə təxribatları daha da artırır. Mən, Ankaranı bu "çıxmaz dalan" taktikasından əl çəkməyə çağırıram".

Baş nazir bildirib ki, Türkiyədə həbsdə olan iki yunan əsgərinin buraxılması gərginliyin götürülməsi istiqamətində mühüm addım olacaq: "Bu addım Türkiyənin müsbət addımı kimi dəyərləndiriləcək".

Xatırladaq ki, Türkiyə XİN iki yunan əsgərinin siyasətə alət edilməsini pisləyib. Nazirlik dünən yaydığı açıqlamada bunun dövlət ciddiyyəti ilə uyğun olmadığını vurğulayıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}