Bakıda fahişə haqq-hesabı: Qadına 50, təşkilatçıya 20 manat... - CİNAYƏT İŞİ

 

Bakıda qadınları fahişəliyə cəlb etməkdə təqsirli bilinən 1986-cı il təvəllüdlü Vəfa Məmmədovanın (ad və soyadlar şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sozcu.info  xəbər verir ki, Bakı şəhər sakini Vəfa Məmmədova gəlir əldə etmək məqsədi ilə Lamiyə Səlimovanı kişi müştərisi ilə cinsi əlaqədə olması müqabilində 50 manat veriləcəyi barədə razılaşıb.

O, razılaşdıqdan sonra Nərimanov rayonunda yerləşən "Bakond" Ticarət Mərkəzinin qarşısında Lamiyəni müştərisi Cavad Babayevlə görüşdürüb.

Bunun müqabilində Vəfa Cavad Babayevdən cinsi əlaqədə olacaq qadın üçün 50 manat, işin təşkilinə görə özünə 20 manat alıb.

Bu barədə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən əməliyyat keçirilib.

Əməliyyat nəticəsində Vəfa Məmmədova saxlanılıb.

İstintaq orqanı tərəfindən Vəfa Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

Nərimanov rayon Məhkəməsinin hökmü ilə Vəfa Məmmədovanın əməli sübuta yetirilməyib. Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror protestində Nərimanov rayon Məhkəməsinin hökmünün ləğv edilməsini, ittihamedici hökm çıxarılmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsində şikayəti araşdıran hakim heyəti qərar elan edib. Qərara görə, Vəfa Məmmədovanın barəsində olan hökm dəyişdirilmədən saxlanılıb.

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin ağrlaşdırılması hallarının müəyyən edilməsi üçün cinayət işinin apelyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib.

Prokurorun protesti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Şikayət hakim Hafiz Nəsibovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Prokurorun protesti təmin olunmayıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}