Yaltaqlara qarşı mübarizəyə başladı, köşə yazarı cəzalandırıldı

 

Səudiyyə Ərəbistanında çıxan "Əl-Cəzirə” qəzetinin köşə yazarı kral Salmanı yalnız Allaha xas ifadələrlə təriflədiyindən müvəqqəti olaraq, işdən azad edilib. BBC xəbər verir ki, jurnalist kralın istəyi ilə cəzalandırılıb.

Məlumatda bildirilir, jurnalist kralı Allahın 99 adından 22-cisi "əl-Həlim” (xoşrəftar) və "şadid əl-ikab” (şiddətli cəza verən) yazaraq, mədh edib.

Düzdür "şadid l-ikab” Allah sifətlərindən sayılmasa da, bu ifadə ənənəvi Allahsızlığı təsvir edən epitetlərdən sayılar. Krallıq qayadalarına əsasən, hər iki ifadənin insanlara aid edilməsi arzuedilən deyil.

"Əl-Cəzirə” qəzetinin məşhur "Al-Jazeera” holdinqi ilə heç bir əlaqəsi yoxdur. 

Xatırladaq ki, bundan əvvəl Özbəkistanda rəhbəri mədh edən mahnılar oxuyanlara və bəstələyənlərə xəbərdarlıq edilib, onların nəzərinə çatdırılıb ki,  bu yaltaqlıq əməllərini davam etdirəcəkləri halda cərimə cəzası və lisenziyanın itirilməsi cəzaları ilə üzləşcəklər.

Azərbayanda isə ötən həftə deputat Qüdrət Həsənquliyev deputatlara və məmurlara yaltaqlıq etməyi qadağan edən xüsusi qanunun qəbuluna çağırıb. Deputatın bu təklifi MDB miqyasında rezonans doğurub.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}