Çin Rusiyanın Suriyadakı hava zərbələrinə qoşulur - Rusiya İraqa girə bilər — ŞOK İDDİA

Çin Rusiyanın Suriyadakı hava zərbələrinə qoşulur - Rusiya İraqa girə bilər — ŞOK İDDİA
İddia nə dərəcədə doğrudur?

İsrailin populyar "DEBKAfile" hərbi saytı xəbər verir ki, tezliklə Çinin qırıcı-bombardmançı Rusiyanın Suriyada 30 sentyabrda başlatdığı hava kampaniyasına qoşulacaq.

Bildirilir ki, bu barədə rəsmi Pekin Moskvanı artıq məlumatlandırıb. KİV yazır ki, Bağdad ölkənin geniş ərazilərini zəbt etmiş İŞİD terror təşkilatına zərbələrin endirilməsi üçün Moskvaya aviabazasından istifadə etməyi təklif edib.

Qeyd olunur ki, "J-15" hərbi təyyarələri 26 sentyabrda Suriya sahillərinə çatmış "Lyaonin-CV-16" hərbi gəmisindən havaya qalxacaqlar. Çinin hərbi-hava qüvvələrinin Yaxın Şərqdəki ilk əməliyyatı və hərbi gəminin real hərbi şəraitdə sınaqdan keçirilməsi Pekin üçün rəmzi hadisə olacaq.

"DEBKAfile"a görə, ötən həftənin cümə axşamı Çinin Xarici işlər naziri Van İ Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında suriya böhranı ilə bağlı şərhlər verib.

"Dünya kənarda qalaraq baş verənləri əllərini qatlayaraq izləməməlidir, ancaq həm də münaqişəyə düşünülməmiş müdaxilələrə yol verməməlidir", - deyə çinli nazir vurğulayıb.

İraqın baş naziri Hayder Əl-Abadi isə ABŞ-da "PBS NewsHour"da çıxış edərkən bildirib ki, Rusiya qoşunlarının İŞİD-lə mübarizə məqsədilə ölkəsinə daxil olmasına sevinəcək.

O vurğulayıb ki, bu, Rusiya üçün İŞİD sıralarında vuruşan 2500-ə yaxın çeçen islamçıları ilə münasibətləri aydınlaşdırmağa imkan verəcək.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}