İki ölkə ABŞ-ı F-35 proqramından çıxmaqla TƏHDİD ETDİ

İki ölkə ABŞ-ı F-35 proqramından çıxmaqla TƏHDİD ETDİ

 

Sozcu.info  xəbər verir ki, hərbi təyyarələrə məxsus məlumatların ABŞ Ordusuna bəlli olmamasını istəyn ölkələr, əks təqdirdə proqramdan çıxarcaqlarını bildiriblər. "Defence New” nəşrinin yazdığına görə, tərəfdaş ölkələr ABŞ ordusunun F-35 hərbi təyyarələrinə məxsus bütün məlumatlardan xəbərdar olmalarını istəmir. Adları açıqlanmayan iki ölkənin ABŞ Müdafiə Nazirliyinə ultimatumunda deyilir: "Ya məlumatların ABŞ ordusuna çatdırılmasına əngəl olmağın yolunu tapın, ya da müştəri itirməyi nəzərinizdə saxlayın”.

F-35 proqramı və ALIS

Tərəfdaş ölkələrin etirazlarına səbəb olan sistem bundan əvvəl də bir çox çəkişmələrə səbəb olan ingilis dilində "Autonomic Logistics Information System - ALIS” olan Avromatik Logistin İnformasiya Sistemidir. F-35 proqramının həyata keçirilməsi başlanandan bəri çəkişmə mövzusu olan ALIS tərəfdaş ölkələrin təyyarəyə olan etibarını zədələyir. Bu sistem F-35 operatorları tərəfindən F-35-lərin havaya qalxdığı andan demək olar ki, hər bir mərhələdə istifadə edilir. Sistemdən tapşırıqları planlaşdırmaq, ehtiyat hissə sifariş eləmək, təmirçiləri yönləndirmək, texniki məlumatları və iş əmrlərini göstərmək üçün istifadə edilir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}