İsmayıllıda “Azərsu”ya məxsus avtomobil qəza törədib –Ölənlər və yaralananlar var

 

İsmayıllı rayonunda ağır yol qəzası baş verib. 

Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 170-ci kilometrliyində, rayonun Eyyubəyli kəndi ərazisində qeydə alınıb. 

Belə ki, "Niva" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Nəticədə ikincisi yoldan çıxaraq aşıb və zərbənin gücündən iki hissəyə ayrılıb. Hər iki avtomobildə ölənlər və yaralananlar var. 

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, "Niva" markalı avtomobil "Azərsu" ASC-nin balansındadır və qəza zamanı ölən sürücü də bu qurumun işçisidir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}