İsrail əsgərləri Qəzzədə fələstinliləri atəşə tutdu –Ölü sayı 16-ya yüksəlib, yüzlərlə insan yaralanıb

İsrail əsgərləri Qəzzədə fələstinliləri atəşə tutdu –Ölü sayı 16-ya yüksəlib, yüzlərlə insan yaralanıb

 

Fələstinlilərin ABŞ-ın İsraildəki səfirliyini Qüds (Yerusəlim) şəhərinə köçürməsinə etiraz olaraq keçirdikləri kütləvi aksiyalarda ölənlərin sayı artmaqda davam edir.

APA-nın məlumatına görə, İsrail əsgərlərinin Qəzza zolağı ilə sərhəddə aksiyaçılara odlu silahdan açdığı atəş nəticəsində ölən fələstinlilərin sayı 16-ya yüksəlib, yüzlərlə yaralının olduğu bildirilir.

Fələstinlilər İsrail və ABŞ əleyhinə aksiyanı davam etdirirlər. Fələstin xalqı ABŞ-ın İsraildəki səfirliyini Qüds (Yerusəlim) şəhərinə köçürməsinə etiraz olaraq kütləvi aksiyalar keçirir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}