"Çavuşoğlu mənimlə tanış oldu, təbrik etdi" - PAŞİNYAN

"Çavuşoğlu mənimlə tanış oldu, təbrik etdi" - PAŞİNYAN

 

Sozcu.info xəbər verir ki, Ermənistanda çevriliş yolu ilə hakimiyyətə gələn və may ayında parlament tərəfindən baş nazir seçilən Nikol Paşinyan NATO sammitində iştirak eləmək üçün getdiyi Brüssel şəhərində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə tanış olduğunu bildirib: "Biz salonda oturarkən Türkiyənin xarici işlər naziri əvvəlcə sürətlə qarşımızdan keçdi, sonra dönüb Avropa Şurasından tanıdığı Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyanın yanına getdi. Daha sonra isə, mənimlə tanış oldu”.

Onun sözlərinə görə, Çavuşoğlu Ermənistandakı hadisələrdən xəbərdar olduğunu deyib və baş nazir seçilməsi münasibəti ilə Paşinyanı təbrik edib. Erməni rəhbər sonra deyib: "Bundan başqa təmasımız olmadı”.



Oxşar Xəbərlər

Xəbər lenti