2019-2020-ci illərdə Türkiyəni çox böyük iqtisadi risklər gözləyir

2019-2020-ci illərdə Türkiyəni çox böyük iqtisadi risklər gözləyir

 

Türkiyənin indiki halda cəhd etdiyi təşəbbüslər və iqtisadi gözləntilər özünü doğrultmur. İndiki halda qardaş Türkiyənin 2 əsas strateji tərəfdaşı olan ölkə var- Azərbaycan və Qətər. Azərbaycanın Türkiyəyə edə biləcəyi maliyyə dəstəyi kifayət etməz. Əvvəla, Azərbaycanın indiki və gələcək nəslin vəsaitinin cəmləşdiyi NF-nun 33,4 mlrd. dollarlıq ehtiyatı "son günün” pullarıdır. Türkiyənin təkcə 1 il ərzində qaytarmalı olduğu 240 mlrd. dollara bəs etməz. Qətərdən olan gözləntilər isə özünü doğrultmadı. Bunun yozumu ictimaiyyətə çox yalnış olaraq təqdim edilir. Söhbət 15 mlrd. dollarlıq birbaşa maliyyə yardımından getmir. Hətta Qətərin Türkiyəyə 3 mlrd. dollarlıq kredit verməsindən də getmir. Razılaşmada sadəcə olaraq 3 mlrd. dollarlıq alış-veriş etmək nəzərdə tutulur.

Türkiyənin özünün isə valyuta ehtiyatları demək olar ki, yox səviyyəsindədir. Tez-tez güvən yeri kimi səsləndirilən Mərkəz Bankasının 120 mlrd. dollarlıq ehtiyatı isə tam rezerv sayıla bilməz. Bir neçə səbəbdən. Həmin rezervlərin sadə sxemini izah etməyə çalışacam.

Türkiyənin valyuta ehtiyatları cəmi 120 mlrd. dollar təşkil edir. Amma bu o demək deyil ki, bunu nağd vəsait olaraq MB sərbəst götürüb idarə edə bilər. Qətiyyən! Burada vətəndaşın, əmanətçinin, bankların vəsaitləri var. Məsələn, əgər vətəndaş 100 dollar banka əmanət yerləşdiribsə, bu zaman məcburi ehtiyat norması kimi banklar bu vəsaitin 5%-i MB-nın hesabında zəmanət olaraq oturdur. Bu cür olanda MB-ın 120 mlrd. dollarıq rezervlərin dövlətə məxsus hissəsi yalnız 32 mlrd. dollar təşkil edirdi. Yerdə qalan hissə vətəndaşın, şirkətlərin vəsaitləridir. Bank sistemində buna məcburi ehtiyat norması deyilir. Türkiyədə seçki öncəsi verilən bu bəyanatdan sonra həmin rezervlər də aşağı düşərək hazırda 18 mlrd. dollar təşkil etmişdir. Bu vəsaitlə Türkiyə həm xarici borclanmanı (toplam 466 mlrd. dollar) ödəməlidir, digər tərəfdən isə "cari açıq” dedikləri kəsri kapatmalıdırlar. Həmin 18 mlrd. dollarlıq MB-ın ehtiyatları isə Türkiyəyə bir neçə ay bəs edər. Yəni, ilin sonuna qədər ehtiyaclarını ödəyə bilər.

Картинки по запросу məhəmməd talıblı

Özəl sektorun isə 180 mlrd. dollarlıq borcu var. İldə isə ortalama olaraq 50-60 mlrd. dollarlıq cari açığın doğurduğu məbləği də nəzərə alsaq, 240-250 mlrd. dollarlıq bir borcdan söhbət gedir. Yeri düşmüşkən, cari açık bir ölkənin alacaqları ilə verəcəkləri arasındakı fərqi ifadə edən göstəricidir. Bu sarıdan isə Türkiyənin problemləri ciddidir. Məhz çoxsaylı risk amillərini təhlil edəndə aydın olur ki, Türkiyənin iqtisadi vəziyyəti riskli zolaqda olması ilə bağlıdır. Çox təəsüf ki, hazırda Türkiyə dünyada iqtisadi risklərinə görə 3 ölkə sırasında yer alır.

Dünyada ölkələri risk qruplarına görə ölçən kriterlərə görə, Türkiyənin indiki durumunu olduqca sərt riskli ölkələr sırasına çıxarır. Hətta böyük borc qarşılığında batmış gəmini xatırladan Yunanıstandan belə daha böyük risk daşıyıcı ölkə statusundadır. Əgər həmin kriterlər üzrə səviyyələri qiymətləndirsək, Yunanıstan 350 ballıq yerdə durursa, Türkiyənin yeri 500-ü yerdə qərar tutur. Bu o deməkdir ki, ölkənin iqtisadiyyatı böhranlı vəziyyətdən də kritik həddədir. Bu ölkə iqtisadiyyatının batmasını ifadə edən həddir. 
Türkiyənin iqtisadiyyatı indiki halda digər br ölkə olan Argentina kimi ölkə ilə müqayisəyə gələ bilir. Düzdür Argentina batmış durumdadır. Lakin Türkiyə də ona doğru getmiş durumdakı kimi görünür. Çünki, tədbirlər yenə də yetərli deyil.

Fikrimcə, Türkiyənin hazırda düşdüyü iqtisadi durumu məncə, Türkiyənin hökuməti düzgün qiymətləndirə bilmir. Onlar Türkiyənin belə vəziyyətlərdən çıxdığını və bundan çıxa biləcəyini deyirlər. Yəqin ki, düşünürlər 2001-ci ildə Türkiyə bu böhrandan ustalıqla yayına bildi. Amma o illərə baxmayın. Burada böhranın xüsusiyyətlərini və diaqnostikasını düzgün qiymətləndiməyə ehtiyac var. O zaman Türkiyədə böhran olanda bu zaman dövlətin riskləri böyük idi. Şirkətlər güclü idi və böhrandan çıxa bildilər. O zaman dövlətin və özəl bankların vəziyyəti yaxşı deyildi. İndi isə tərsinədir. Şirkətlərin borcları çoxdur və özəl sektoru çox zəifdir. Onlar batsalar, Türkiyə üçün bu çox böyük risk olar. Düzdür dövlət büdcəsi hesabına xərclər qarşılanacaq, amma dövlət sektorunda muzdla çalışanlarında həmin maaşla xərclərini ödəmək imkanları çox çətin olacaq. İstehlakın həcmi azalacaq və beləliklə şirkətlərin istehsal gücü və idxal imkanları da buna paralel zəifləyəcək.

Hətta bu tənəzzülü dayandıra bilməsələr, Türkiyəyə nəinki yeni investorlar gəlməyəcək, əksinə olanlar gedəcək. Qalan şirkətlərin isə buna dözümləri çox çəkməyəcək. Onların yaşı, kapitallaşma səviyyələri, rəqabətədözümlülüyü uzun illər bazarda qalmağa kifayət etməz. Bu hal yaransa isə, hətta Türkiyə şirkətlərin 20-30 faizi bata bilər. Bu isə təkcə yeni işsizlər ordusu, kriminal mühitin gərginləşməsi, yoxsullaşma kimi neqativ riskləri doğra bilər. Suriyadan gələn 4 milyon mühacir ordusu yaranacaq bu vəziyyət üçün katalizator rolunu oynayacaq.

Söylədiyim ssenari üzrə gedişatı dayandıra bilməsələr, bu eyni zamanda Azərbaycana da təsirləri olacaq. Hətta onu da deyə bilərəm ki, yanvar ayından başlayaraq Azərbaycandan Türkiyəyə işləmək üçün gedənlərin 1-2 ilə qayıdışı prosesi sürətlənə bilər. Növbəti ilin yanvar ayından sonra Azərbaycan vətəndaşlarının Azərbaycana qayıdışı başlayacaq. Bu növbəti 1-2 il ərzində ciddi xarakter ala bilər.

Məhəmməd Talıblı



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}