Başından zədələnmiş xəstənin səhvən ayağını əməliyyat etdilər


 

 

Hindistan paytaxtı Dehli şəhərində yerləşən dövlət xəstəxanalarından birində başından aldığı zədə ilə həkimlərə müraciət etmiş xəstənin səhvən ayağını əməliyyat ediblər.

Sozcu.info  "Indian Express” nəşrinə istinadən xəbər verir ki, cərrah xəstələri dəyişik salıb və qərara alıb ki, cərrahiyyə masasındakı ayağı sınmış xəstədir. Xəstə bu vaxt artıq narkoz altında olduğundan, həkimə məsləhət verə bilməyib.

Səhvini başa düşəndən sonra cərrah metal çubuğu (ştifti) xəstənin ayağından çıxarıb. Həkimə isə bundan sonra yalnız təcrübəli cərrahların iştirakı ilə əməliyyat etməyə icazə verilib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}