"NATO Ukraynaya 8 milyard dollarlıq dəstək göstərib" - Baş katib

NATO-ya üzv ölkələr indiyə qədər Ukraynaya minimum 8 milyard dollarlıq yardım göstərib.
Sozu.info xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə alyansın Baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən mətbuat konfransında deyib.
“NATO blokunun müttəfiqləri Ukraynaya ən azı 8 milyard dollarlıq dəstək göstərib”, - deyə o bildirib.
Yens Stoltenberqin sözlərinə görə, Şimali Atlantika Alyansına üzv ölkələr Kiyevi dəstəkləməyə və Rusiyaya sanksiya təzyiqi göstərməyə davam edirlər.
Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox ölkəsi bu səbəbdən Rusiyaya qarşı əhatə dairəsi getdikcə genişlənən ciddi sanksiyalar tətbiq edib. Eyni zamanda, Ukraynaya hərbi və humanitar yardımın da arası kəsilmir.


Oxşar Xəbərlər

Xəbər lenti