8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hər il olduğu kimi bu il də Gürcüstanda , avqustun 14-ü Abxaziyada müharibənin başlanmasının 27 il dönümü qeyd olundu. Həmin müharibə yüz minlərlə insan üçün faciə oldu. Nəticədə, Abxaziyanın gürcü əhalisinə qarşı törədilən soyqırımla, 300 mindən artıq insanın doğma yurdlarını tərk etməsi ilə yadda qaldı. Lakin çox təssüflər olsun ki, bu 27 il ərzində, hamını maraqlandıran sadə bir suala hələ də cavab verilməyib: niyə müharibə 1992-ci ilin avqustunda başladı və kim onu "sifariş etdi".
Lakin hadisələrin tarixinə diqqətlə nəzər salsaq, bu sualın cavabı aydın olur. Yəni həmin dövürdə Gürcüstanın başqa bir münaqişə regionu olan Sxivalıdə baş verənlərə diqqət yetirsək görərik ki, Abxaziyadakı müharibənin səbəblərini təhlil edən ermənipərəst kütləvi informasiya vasitələri və "analitiklər" nədənsə ən mühüm faktları qəsdən "unudurlar". Ona görə də, o vaxtlar Gürcüstanda baş verən tarixi hadisələri ermənipərəst analitiklərə xatırlatmaq yerinə düşər. 1992-ci ilin yayında Sxinval münaqişəsi faktiki olaraq "söndürülərək", iyunun 24-də Gürcüstan-Osetin münaqişəsinin sülh yolu ilə həlli prinsipləri haqqında Soçi sazişi imzalandı. Sənədi Rusiya Prezidenti Boris Yeltsin və Gürcüstanın Dövlət Şurasının sədri Eduard Şevardnadze imzaladı. Bu sazişə əsasən Sxinval bölgəsində hərbi əməliyyatlar dayandırılır və münaqişə zonasına Rusiya-Gürcüstan-Osetiya sülhməramlı kontingenti yerləşdirildi. Sxival regionunun statusu məsələsi təxirə salınsa da, heç kim Gürcüstanın ərazi bütövlüyünü şübhə altına almırdı.
Soçi razılaşmalarına uyğun olaraq: qarşıdurma tərəfləri atəşi dayandırmağı və silahlı birləşmələrini təmas zonasından çıxarmağı; Rusiya Cənubi Osetiyada dislokasiya olunmuş mühəndis-istehkamçı və helikopter alaylarını çıxarmağı; Qarışıq Nəzarət Komissiyası yaradılır və bu komissiya atəşin dayandırılması , silahlı birləşmələrin çıxarılması, özünümüdafiə qüvvələrinin buraxılması və təmas zonasında təhlükəsizlik rejiminin təmin edilməsini həyata keçirməli idi; tərəflər regionun iqtisadi bərpası ilə bağlı dərhal danışıqlara başlamağı və qaçqınların geri qayıtmasına şərait yaratmağı öhdələrinə götürürdü. Bütün bunlarla yanaşı tərəflər təərfindən blokada və iqtisadi sanksiyaların tətbiqi qəbuledilməz elan edilirdi. Nəticədə, 14 iyul 1992-ci ildə (Abxaziya müharibəsi başlanmasından bir ay əvvəl) münaqişə zonasına üç batalyondan (rusiya, gürcü və osetin) ibarət sülhməramlı qüvvələr yeridildi.
Beləliklə, Qarabağ münaqişəsinin həlli üçün presedent yaradıldı. Moskva da bunu ermənilərə açıq deməyə başladılar. Görürsünüzmü, osetinlərin də Dağlıq Qarabağ erməniləri kimi muxtar vilayəti vardı, onun status məsələsi təxirə salınaraq, sülh bərpa olunur, osetinlər və gürcülər öz kəndlərində yaşayırlar, heç kim heç kəsi qovmur, mövcud olan qaçqınların isə artıq öz evlərinə qayıtmasına imkan yaranır. Nə üçün siz də azərbaycanlılarla buna getməyəsiniz? Lakin erməni millətçilərini bu variant qətiyyən qane etmirdi. Çünki, onlar artıq Xocalıda, Azərbaycanın digər şəhər və kəndlərində əhaliyə qarşı soyqırım həyata keçirmişdilər. Ona görə də erməni separatçıları və işğalçıları azərbaycanlı qaçqınların Xocalı və Şuşaya qayıtmasını və Dağlıq Qarabağın Azərbaycanın tərkibində "təxirə salınmış" statusunu eşitmək istəmədilər. Onlara məhz etnik təmizləmə və soyqırım nümunəsi lazım idi. Həmin vaxtlar erməni lobbisi Abxaziyada müharibə yaratmaq üçün əlindən gələni etməyə başladı, və bunu çox hiyləgərcəsinə etdi. Bir tərəfdən, abxazlar arasında separatçılıq əhval-ruhiyyəsini qızışdıraraq, digər tərəfdən Gürcüstan rəhbərliyindən, Rusiyadan hərbi yüklərin Ermənistana sərbəst daşınması üçün "Abxaziya ərazisindən keçən dəmiryolunu təcili olaraq nəzarətə götürməsini" tələb etməyə başladılar. Nəticədə, Gürcüstan rəhbərliyi ermənilərin bu tələsinə düşdü. Sonra nə oldu – hamı gözəl bilir.
Ermənilərdən fərqli olaraq abxaz separatçıları münaqişənin ilk günlərindən gürcüləri qovmaq və "Xocalı ssenarisi"üzrə soyqırım həyata keçirmək istəmirdilər. Hətta separatçıların lideri Ardzimba "abxaz və gürcü xalqlarının tarixi dostluğunu" qeyd edirdi. Amma abxazların erməni "kuratorlar" və Baqramyan batalyonundan olan erməni yaraqlıları bunun əleyhinə çalışırdılar. Onlar gürcü kəndlərində elə vəhşiliklər təşkil edirdilər ki, bundan sonra abxazlarla birgə yaşamağa ümüd edən gürcülər də doğma evlərini tərk etməyə məcbur idilər.
Təbii ki, qanlı Abxaz müharibəsi başlanandan sonra, erməni təcavüzkarlarından və separatçılardan Azərbaycanla eyni sazişin bağlamasını tələb edən olmadı və bu presedent unuduldu, baxmayaraq ki, Sxinval bölgəsində həyat normallaşmağa başladı. Daha sonra erməni lobbisi Osetiya separatçılarının rəhbərliyində olan marionetlərin köməyi ilə Sxinvalidə vəziyyətin gərginləşməsinə nail oldular. Bu gərginləşmə isə, 2008-ci ilin avqustunda baş vermiş hadisələrə səbəb oldu.
Kavkazplus
Tərcümə: A.Məmmədli