8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Son vaxtlar Abxaziyada ermənilərin sayı abxazları da keçib və bu, gürcülər üçün qəbuledilməz faktdır. Halbuki, SSRİ dövründə ermənilər Abxaziya əhalsinin 14%-ni, bu gün isə 55%-ni təşkil edir. Bunu görən erməni diasporası Abxaziyanın de-fakto hakimiyyətdən parlamentdə erməni deputatlarının sayının artırılmasını tələb edirlər.
Bildirilib ki, Abxaziyanın erməniləşdirilməsinin əsas ideloqu de-fakto parlamentin vitse-spikeri Qalust Trapizonyandır. Məsələyə münasibət bildirən gürcü ekspertləri 1990-cı illərin əvəllərində Abxaziyada ermənilərin təşkil etdiyi "Marşal Baqramyan” adlı hərbi batalyonun bu gün də ordakı Rusiya ordusunun tərkibində fəaliyyət göstərdiyini qeyd edir.
Ekspertlər belə hesab edirlər ki, Abxaziyada ermənilərin sayılarının çoxalması birbaşa Rusiyanın maraqlarınadır. Abxaziyada genişmiqyaslı abxaz-erməni qarşıdurmasını istisna etməyən gürcü mediası yazır ki, artıq parlamentdəki erməni deputatlar de-fakto hakimiyyəti hədələməyə başlayıblar. Bunu görən de-fakto hakimiyyət ölçü götürmək üçün əlındən gələn hər imkandan istifadə edir və abxazların Rusiya, eləcə də Türkiyəyə axının qarşısını almağa çalışır.
Ekspertlər abxaz mənşəli Raul Xacimbanın Abxaziyanın vitse-spikeri olduğu dövrdə "Abxaziyanı ancaq ermənilər parçaya bilərlər” bəyan etdiyini xatırladaraq, bu gün abxazların həmin təhlükə ilə qarşılaşdığını söyləyirlər. Portal vurğulayıb ki, de-fakto hakimiyyət ciddi bir tədbir görməsə bir neçə vaxtdan sonra Abxaziyanın erməniləşdirilməsi qaçılmaz olacaq. Portalda bildirib ki, Ermənistan rəhbərliyi qeyri-rəsmi şəkildə Abxaziyadakı ermənlərin aktivliyinə ciddi dəstək verir.
Niyazi Hüseynov