Türküstanın maraqlarına xidmət edən müharibə

ABŞ və İsrailin İrana hərbi müdaxiləsinin Azərbaycanın həyati əhəmiyyətli maraqlarına uyğun olduğundan “Trampın Azərbaycan və demokratik dünya adına müharibəsi” başlıqlı məqalədə qısa olaraq bəhs etmişdim. Çox maraqlıdır ki, ABŞ və İsrailin İrana hərbi müdaxiləsi Azərbaycanın həyati əhəmiyyətli maraqlarına uyğun olduğu kimi Türküstanın (Mərkəzi Asiya və Doğu Türküstan) da həyati əhəmiyyətli maraqlarına uyğundur. 

Aprelin 7-də İsrail Hərbi Hava Qüvvələrinin Çinin “Bir kəmər, bir yol” layihəsinin bir hissəsi olan və Çin-İran əməkdaşlığı çərçivəsində tikilmiş dəmir yolu xəttinin fəaliyyətini təmin edən obyektlərə zərbə endirməsi Pekində qəzəbə, Uyğur türkləri arasında ruh yüksəkliyinə səbəb olub.  

İsrail aviasiyasının bombaladığı dəmir yolu xətti bir neçə ay öncə, 3 iyun 2025-ci ildə istifadəyə verilib. Məlumatlara görə, Çin bu layihənin həyata keçirilməsinə 40 milyard yuan xərcləyib. Bu infrastruktur İranın nəqliyyat mərkəzlərini Çin təchizat zəncirləri ilə birləşdirən şəbəkənin vacib elementidir. Zərərin nə qədər ciddi olduğu və xəttin uzunmüddətli fəaliyyətinə təsir edib-etməyəcəyi hələ də məlum olmasa da, İsrailin Çinin strateji layihəsinə qarşı hərbi əməliyyatı artıq yeni reallıqların yaranmasına yol açan president olduğu üçün tarixi hadisədir. Çinin bu hadisəni terror aktı adlandırması da İsrailin zərbəsinin hədəfə dəydiyini göstərir. İsrailin bu zərbəsinin Çinin soyqırımı siyasətinə qarşı mövcudluğunu və milli kimliyini qorumağa çalışan Uyğur türklərini və Mərkəzi Asiyanın türk xalqlarının milli fəallarını ruhlandırıb. 

İsrailin son bir ildə həyata keçirdiyi siyasi, diplomatik və hərbi əməliyyatlar göstərir ki, rəsmi Yerusəlim Çinin “Bir kəmər, bir yol” layihəsini cilovlamağa çalışır. Yerusəlimin yeni təşəbbüsü olan “Altıbucaqlı ittifaqlar” şəbəkəsi platforması Çinin yayılımçı siyasətini cilovlamağa xidmət etməlidir. Bütün bunlar isə Uyğur türklərinin azadlıq hərəkatına yeni ruh verir.

 ABŞ və İsrailin zərbələri İranı və onun aid olduğu CRINK şər qütbünü zəiflədir. CRINK zəifləməsi şər qütbünün digər ölkələrinin, Rusiya və Çinin siyasi gücünün zəifləməsinə və təsirinin azalmasına yol açır. İran, Rusiya və Çinin zəifləməsi Mərkəzi Asiyanın türk dövlətlərinin suverinliyini gücləndirir.  İrana qarşı ABŞ və İsrailin hərbi əməliyyatı Azərbaycanın həyatı əhəmiyyətli maraqlarına uyğun olduğu kimi, Türküstanın da həyatı əhəmiyyətli maraqlarına uyğundur. 

İranın və onun aid olduğu CRINK şər qütbünün zəifləməsi, Azərbaycanın və Türküstanın güclənməsi Rusiyadakı əsir türklərin də istiqlaliyyətini yaxınlaşdırır. Eyni sözləri İrandakı türklər haqqında da demək olar. Aydın görünür ki, Avrasiyada türklərin varlığını və istiqlaliyyətini təhdid edən Çin, Rusiya və İranın (fars) güclnməsinin qarşısını ancaq ABŞ və İsrailin bölgədə güclənməsindən asılıdır. Rusiyanın Ukraynada ağır itgilər verərək sürətlə zəifləməsi türk xalqıarının maraqlarına uyğun olduğu kimi, ABŞ və İsrailin İrana hərbi müdaxiləsi türk xalqlarının 99 faizinin həyati əhəmiyyətli maraqlarına uyğundur. 

ABŞ və İsrailin İrana qarşı müharibəsində teokratik rejimin maraqlarından çııxş edənlərin böyük əksəriyyəti Rusiyanın Ukraynaya qarşı cinayətkar müharibəsində Moskvanın maraqlarını qoruyanlardır. İranın Körfəz ölkələrinə qarşı hücumları göstərdi ki, Ukrayna Rusiya və İrana qarşı mübarizədə nə qədər faydalı müttəfiqdir. Bu haqda daha geniş yazmağa ehtiyac var.

Xəqani Cəfərli

Politoloq



Oxşar Xəbərlər

Xəbər lenti