Həştərxandan Bakıya gətirilən gəminin müəmmalı tarixçəsi

 

Həştərxandan Bakıya gətirilən gəminin müəmmalı tarixçəsi

 


 

 

Gəminin sahibi isə bəzi məmurlar tərəfindən aldadılib

 

Günahkar kimdir:  Dövlət Dəniz Adminstrasiyası , yoxsa Mərdəkan-Broyler?

   

 

     Başı bəlalı gəmi Bakıya necə gəlib ?

 

   Bakı şəhər sakini Qənbər Səfərov əvvəllər Rusiyanın Həştərxan şəhərində xeyli

müddət hüquq-mühafizə orqanlarında işləyib.Həmin sistemdən çıxdıqdan sonra isə xırda dəniz gəmilərinin və onların avadanlıqlarının alqı-satqısı ilə məşğul olmağa başlayıb. Əvvəllər bu sahədə işləri yaxşı olub.Lakin 2003-cü ilin iyul ayında  Rusiya Federasiyasından sərnişin gəmisi alıb Azərbaycana gətirəndən sonra Qənbər Səfərovun işləri cəncələ düşüb.13 ildir ki, əlindən zorla alınmış gəmini və ona dəymiş olduğu külli miqdarda ziyani geri almaq üçün mübarizə aparır. Bu barədə redaksiyamıza gələn, dərdi başından aşan Qənbər Səfərov bizə ətraflı danışıb. Onun söylədiyinə görə 2003cü il fevralın 20-də Rusiya Federasiyasının Həştərxan şəhərində, həmin ölkənin vətəndaşı Mixail Nikalayeviç Musatovdan alqı-satqı müqaviləsi ilə 60 nəfər sərnişin tutumu olan "Yunıy Moryak” adlı gəmini 147 min dollara alıb. 28 fevral 2003 cü il tarixdə isə tərəflər arasında təhvil-təslim aktı tərtib olunduqdan həmin gəmi Qənbər Səfərovun adına keçib.Şikayətçinin bildirdiyinə görə, daha sonra həmin gəmini açıq dənizə çıxarmaq üçün müvafiq registrdən keçirdikdən sonra həmin il iyulun 24 də Bakı şəhərinə gətirib və gəmini Hövsan qəsəbəsində kiçik limanda yerləşdirib.Qənbər Səfərov söhbət zamanı məqsədinin həmin gəmini mülkiyyətinə keçirib və xalqa xidmət göstərməsi olduğunu dedi. Bu  məqsədlə sözü gedən gəminin  mülkiyyət hüqqunu rəsmiləşdirmək üçün Qənbər Səfərov Azərbaycan Respublikasının Dövlət Dəniz Adminstrasiyasına ərizə ilə müraciət edib. Müsahibimiz deyir ki, aylarla onun etdiyi müraciətlər bir nəticə vermir və  müvafiq qurumlar ona ölkəmizdə fəaliyyət göstərməsi  üçün imkan vermirlər . 

       " Mən, 13 ildir ki, harınlanmış məmurlar tərəfindən tapdalanmış hüqüqlarımı müdafiə etmək və sahibi olduğum halal zəhmətimlə aldığım gəmini geri almaq üçün mübarizə aparıram. Gəmini Azərbaycana gətirdiyimə görə çox peşiman olmuşam. Çünkü gəmini Hövsan limanında yerləşdirdiyim gündən mənim problemlərim  daha da artdı və həmin vaxtdan mənim qara günlərim başladı- deyə söhbəti davam etdirən Qənbər Səfərov daha sonra dedi: - " Mən başa düşə bilmirəm , yəni, mənim  vətənimdə - Azərbaycanda, dövlət təşkilatlarında,müəssisələrində, məhkəmələrində bu qədər özbaşınalıqlar və qanun pozuntuları var?  Əvvəlcə inanmağım gəlmirdi. İndi isə artıq mən bütün bunların şahidi və qurbanı oldum. Siz, təsəvür edin ki,

mənim  gəmim Hövsan limanına yerləşdirəndən sonra, dəfələrlə günlərlə, aylarla istəmişəm ki, limana getdib gəmimlə maraqlanım. Lakin nəməlum səbəbdən məni oraya buraxmadılar. Sonradan öyrəndim ki, mənim gəmimə Dəniz Adminstirasiyasının rəhbərliyi tərəfindən saxta sənədlər tərtib edilib və "Mərdəkan- Broyler” Açıq Tipli Səhmdar Cəmiyyətinə ( ATSC) satılıb. Bundan savayı həmin  adminstrasiyanın rəisi Qüdrət Qurbanov, mənim vətəndaşlıq hüquqlarımı kobudcasına pozaraq,  mülkiyyətimə qanunsuz sahib durmaqla yanaşı, həmin gəmiyə mülküyyət hüququ almaqdan ötrü ərizə, dəfələrlə şəxsən özünə etdiyim şifahi müraciətləriə baxmayaraq məni get-gələ saldı. Məni aldadan, vəzifəsindən sui- istıfadə edən,  gəmi üçün mülküyyət hüququ sənədini gecikdirən Qüdrət Qurbanov  gəmimi aradan çıxarıb, müqavilə, digər saxta sənədlər tərtib edib iştirakım, razılığım olmadan vəsaitimin hesabına aldığım və əsaslı təmir etdiyim gəmimi qanunsuzluq edərək "Mərdəkan- Broyler” fabrikinə verib. Mənim mülkiyyətimə qanunsuz sahiblik edən Dövlət Dəniz Adminstrasiyasının rəhbərliyi bunun müqabilində mənə küllü miqarda zərər vurub.”

           

Qüdrət Qurbanov gəmi sahibi ilə gizlənpaç oynayır

 

       Şikayətçi Qənbər Səfərov daha sonra dedi ki, köməksiz və əlacsız qaldığı

üçün mübarizəni hüquq müstəvisində davam etdirib. Belə ki, o əvvəlcə Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə Dövlət Dəniz Adminstrasiyası və"Mərdəkan- Broyler” Açıq Tipli Səhmdar Cəmiyyətinin dələduzluq əməlləri  ilə bağlı şikayət verib. Onunun ərizəsi ilə əlaqədar şöbədə müvafiq istintaq tədbirləri həyata keçirilib və faktla bağlı cinayət işi açılıb. Şikayətçi bildirdi ki, hətta istintaq zamanı mənə məxsus gəmini Dövlət Dəniz Adminstrasiyasının rəhbərliyi tərəfindən saxta müqavilə əsasında  "Mərdəkan- Broyler” ASC-yə verildiyi barədə fakt da təsdiq olunub. Lakin müəyyən maraqlı qüvvələrinin güclü təsiri nəticəsində həmin cinayət işinin istintaqı  dayandırılıb. Və şikayyətçiyə məsləhət görüblər ki, bu iş mülki iş olduğu üçün məhkəməyə müracət etməlidir. Beləliklə Qənbər Səfərov "Mərdəkan-Broyler” ASC-yə və Azərbaycan Respublikasınin Dəniz Adminstrasiyasına qarşı alqı-satqı müqalivəsinin, mülküyyət hüququ haqqinda şəhadətnamə verilməsi haqqında Səbail Rayon Məhkəməsində iddia qaldırıb. Səbail Rayon Məhkəməsinin hakimi Famil Nəsibovun sədrliyi ilə keçirilən məhkəməyə baxış zamanı iddiaçı Səfərov Qənbər Səfər oğlunun adına hazırlanmış, "Mərdəkan-Broyler ASC i ilə  "Yunıy –Moryak " adlı gəmisi arasında bağlanmış 09 yanvar 2003-cü il tarixli 018/ 2003 nömrəli saxta və yalançı müqavilə üzə çıxıb. Eyni zamanda , Azərbaycan Republikasınin Dövlət Dəniz Adminstrasiyası tərəfindən  həmin Açıq Tipli Səhmdar Cəmiyyətinə verilmiş, 30 iyul 2003-cü i tarixli qeydiyyat nömrəsi DGR-0169 olan  "Gəmiyə mülkiyyət hüququ haqqında " şəhadətnamə aşkar edilib. Məhkəmə iddiaçının haqlı tələblərini təmin  edib. Məhkəmənin 01.06. 2012ci il tarixli qətnaməsi ilə həmin müqavilənin və şəhadətnamənin etibarsız hesab edilməsi qət edilib. Məhkəmə eyni zamanda cavabdeh Azərbaycan Respublikasının Dövlət Admnstrasiyasının üzərinə 20 fevral 2003- cü il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçı Səfərov Qənbər    Səfər oğlunun aldığı "Yunıy Moryak” adlı gəmiyə dair olan ona "Gəmiyə mülküyyət hüququ haqqında” və Azərbaycan Respublikasının Dövlət Bayrağı altında üzmək haqqında” şəhadətnamələrin verilməsi tapşırığını verib.

   

                     Məhkəmələr də Qənbər Səfərovdan üz döndərib

  

 Məhkəmə ədalətli qətnamə çıxarmasına baxmayaraq Qənbər Səfərovun problemləri heç də həllini tapmayıb. Söhbət zamanı o bildirdi ki, onun  apardığı araşdırmalar zamanı "Mərdəkan-Broyler” ASC-nin bir sıra saxtakarlıqlarını üzə çıxarıb.Belə ki, Cəmiyyətin tərtib etdiyi saxta sənədə görə güya onlar ondan gəmini 09.01. 2003-cü il tarixində alıblar. Halbu ki,  Qənbər Səfərov söhbətin əvvəlində də bildirib ki, o  həmin qalmaqallı gəmini 2003-cü ilin 20 fevralında alıb və 28 fevralda isə rəsmi olaraq onun adına keçib.O, deyir ki,  həmin müqavilə rəsmi deyil, etibarsızdır, saxta möhür vurulan, surəti çıxarılmış və təsdiq olunmamış adi kağızdır. Qeyd edək ki, bu saxta sənəd əsasında Dövlət Dəniz Adminstrasiyasının rəhbərliyi "Mərdəkan-Broyler” ASC –nə, onların ələ keçirdiyi gəmi üçün qanunsuz olaraq mülküyyət hüququ haqqında şəhadətnamə verib.

Q.Səfərovun sözlərinə görə, məhkəmədən 1 ay keçəndən sonra icra vərəqini alıb Dövlət Dəniz Adminstrasiyasına gedib. Şəhadətnamələri almaq üçün orada o

təzədən ərizə yazıb,anket doldurub və dövlət rusumu keçirib.

     "Mən Qüdrət müəllimi tanımırdım, həmin məqamda o məni cağırıb dedi ki, "Qənbər, mənə 1 ay möhlət ver”. Yenə də o məni aldatdı. Çünkü bu bir həftə möhlət  8 ay çəkdi.”-deyə başına gətirilənləri danışan şikayətçi  dedi ki,  bu qədər müddət keçəndən sonra vaxtı bərpa edən "Mərdəkan-Broyler”ASC  Səbail Rayon Məhkəməsinin 01.06.2012-ci il tarixli qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verib. 

Hakim Məmməd Məmmədovun sədrlik etdiyi məhkəmədə şikayət verən tərəfin nümayəndəsi  məhkəmədə dedi ki, mənim gəmim onlardadır və bu yaxınlarda əsaslı təmir ediblər. Bu vaxt hakim  M.Məhəmmədov qarşı tərəfə dedi ki, əgər belədirsə müvafiq sənədləri məhkəməyə təqdim etsin. Mən məhkəmə  baxışında  dedim ki,  onlara gəmi verməmişəm, alqı-satqı etməmişəm, onlarla bu barədə müqavilə bağlamamışam. Onlar mənim gəmimi qanunsuz zəbt ediblər. Məhkəmə heyəti qarşı tərəfdən soruşdu ki, "sizin əlinizdə hər hansı bir sənəd varmı ki, həqiqətən gəminin təmir edilməsini sübut etsin.Onlar dedilər ki, hələlik gəminin sənədləri hazır deyil. Ancaq qarşı tərəf məhkəməyə yenə də  saxta bir sənəd təqdim etdi. Çünkü həmin sənəd  smeta sənədinə oxşayırdı, sənədin içində təmir olunan gəminin şəkilləri yox idi və rəqəmlər də şişirdilmiş şəkildə yazılmışdı. Həmin sənədi məhkəmə heyətinin qərarı ilə  Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib, mərkəzin ekspertləri isə bu saxta sənədi rüşvət hesabına təsdiq edib məhkəməyə qaytarıblar.

     Çox təəssüflə bildirirəm ki, hakim Məmməd Məmmədov bu saxta sənədi qəbul etdi. Bəs bu sənəd niyə saxtadır?  Çünkü gəminin texniki pasportunda yazılıb  ki, gəminin  uzunluğu 24 metr 25 santimetrdir,  amma həmin sənəddə gəminin uzunluğu 30 metr göstərilib. Həmin sənəddə gəminin eni 6 metr yazılıb. Halbu ki, gəminin texpasportunda 5 metr 28 santimetr qeyd olunub. Digər bir saxtakarlıq da budur ki, bu gəmi 2 mərtəbədən ibarət olduğu halda, həmin sənəddə isə 3 mərtəbədən ibarət olduğunu qeyd olunub. O, tərəfin iddiasına görə guya gəminin təmiri üçün 344.000 ( üç yüz qırx dörd min ) manat pul vəsaiti xərclənib. Baki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası isə onların xeyrinə mənim tərəfimdən həmin məbləğin ödənilməsi ilə bağlı qətnamə çıxartdı. Mən həmin qeyri-obyektiv qətnamədən Azərbaycan Respublikası  Ali Məhkəməsinin Mülkü Kollegiyasına kassasiya şikayəti verdim. Həmin instansiya məhkəməsi  Bakı Apellyasiya Məhkəməsi  Mülki Kollegiyasında hakim Məmməd Məmmədovun sifarişli 27.11.2014-cü il tarixli qətnaməsini öz qüvvəsində saxladı.

 Fikir verin mənim gəmimi də əlimdən alıblar, hələ üstəlik məndən təmir adı ilə 344.000 ( üç yüz qirx dörd min ) manat pul da almaq istəyirlər.Bu qədər haqsızlıq və qanunsuzluq olar? Artıq bezmişəm, ailədə balalarımın üzünə baxa bilmirəm, utanıram. Bəzi məmurların mənə qarşı etdikləri haqsızlıqlardan cana doymuşam. Məni doğulduğum, boya, başa çatdığım  Vətənimdən imtina etməyə məcbur edirlər.”

       Bizim borcumuz redaksiyamıza gələn hər hansı bir vətəndaşı dinləyib, böhtansız, şərsiz və obyektiv yazı hazırlamaqdır. Eyni zamanda qarşı tərəflərin də       

mövqeyini  dinləyib, dərc etməyə hazırıq.                                                                                          

 

 

Elman Maliyev,

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti