“Yenidən qurduğum Gürcüstanda mənzilim belə yoxdur” - Saarkaşvili


Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ona qarşı elan edilən ittihamlara cavab verərək, pul və mənzilinin olmadığını bildirib. 

Sozcu.info xəbər verir ki, o, bu barədə öz "Facebook" səhifəsində yazıb.

Saakaşvili "İdarə etdiyi dövrdə vəsaiti mənimsəməkdə” onu təqsirli bilin məhkəməyə belə müraciət edib: "Siz yaxşı bilirsiniz ki, mənim praktiki olaraq pulum yoxdur. Yenidən qurduğum Gürcüstanda mənzilim belə yoxdur.

Mən hazırda azadlığımdan məhrum olmuşam, lakin siz və sizin lideriniz çox yaxşı bilirsiniz ki, mən böyük uğur qazanmışam, siz isə tamamilə uğursuzsunuz".

Xatırladaq ki, məhkəmə Saakaşvilini dövlət xəzinəsinə 3 milyon dollardan çox ödəməyə məcbur edib./Unikal.az



Oxşar Xəbərlər

Xəbər lenti