Dünya sülh liderini seçdi -
İlham Əliyevə yüksək etimad
Nəsimi Nəbizadənin tərk etdiyi reabilitasiya mərkəzinə niyə cinayət işi açılıb?
Ramiz Mehdiyevin ev dustaqlığı müddəti tamamlanır
Leyla Əliyeva Efiopiya Elm Muzeyini ziyarət etdi
Baş nazir Əli Əsədov qərar İMZALADI
74 yaşlı İbrahim Tatlısəsə ŞOK -
Keçmiş menecerinin hoteli...
İranda internet qısa müddətlik bərpa olundu –
200 saatlıq blokadadan sonra zəif siqnal
Qanunsuz və sənədsiz evlərlə bağlı NƏLƏR gözlənilir?
VİDEO
XIII Qlobal Bakı Forumu bu tarixlərdə keçiriləcək
Bu şəxslərə 46 gün məzuniyyət veriləcək-
Prezident təsdiqlədi
Türkiyə Ermənistanla sərhədi açmağa hazırlaşır -
TARİX
İlham Əliyev bayramlarla bağlı fərman İMZALADI
Əvvəlki
Sonrakı
Təbrizdə hərbi vəziyyət elan edildi
15-01-2026, 21:37
ABŞ HƏR AN İRANI VURA BİLƏR
Trampdan ard-arda sərt bəyanatlar
14-01-2026, 11:52
Etdikləri qarşısına çıxan Maduro: Venesuelanın ən dəhşətli həbsxanasında işgəncə maşını
7-01-2026, 21:19
DYP dumanlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq etdi
6-01-2026, 22:02
Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verilib
23-12-2025, 18:26
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Zəngəzuru necə itirdik?
Xəqani İsmayıl: “
1929-cu ildə Mirzoyanın Zəngəzuru pay verməsi ilə Ermənistan İranla sərhəd-koridor əldə etmişdi, amma hüquqi təsdiq olunmamışdı, 1969-cu ildə isə bu koridor 25 km böyüdü”
“
Zəngəzur təkcə Azərbaycanı özündən ayırmayıb, türk dünyasını türk dünyasından ayırmışdır
”
“Parlamentin o zamankı sədri
Murtuz Ələsgərov dedi ki, bu çox ciddi layihədir, baxmağa çalışacağıq, a
mma…”
“Zəngəzur məsələsi populist çıxışlarla həll olunacaq məsələ deyil, strateji yol xəritəsi ilə həll olunmalıdır. Strateji tərəfdaşlarımızla, doğru zaman seçilməklə bu işi həyata keçirməliyik”
Bildiyimiz kimi, həm Azərbaycan, həm Türkiyə mediasında ölkəmizin əsas ərazisi ilə Naxçıvanın koridor vasitəsilə birləşdirilməsi barədə çağırışlar səslənməkdədir. Təbbi ki, bunun üçün də sovet dövründə sovet hakimiyyəti tərəfindən ermənilərə hədiyyə edilən Zəngəzur ərazisi geri qaytarılmalıdır. Bu barədə yazıçı, tarixçi-araşdırmaçı Xaqani İsmayılın fikirlərini öyrəndik.
– Xaqani bəy, Zəngəzur vasitəsilə Azərbaycandan Naxçıvana koridor açılması barədə mediada fikirlər yayılmaqdadır. İlk əvvəl ondan başlayaq ki, biz Zəngəzuru necə itirdik?
– Zəngəzur məsələsi Azərbaycan xalqının, həm də türk dünyasının çox önəmli yaralarından biridir. Həm də ona görə ki,
Zəngəzur təkcə Azərbaycanı özündən ayırmayıb, türk dünyasını türk dünyasından ayırmışdır.
İlk onu bildirim ki, “Zəngəzur verilib” ifadəsi yanlışdır. Nədən, çünki Zəngəzur İrəvan xanlığı işğal ediləndən sonra bizdə olmayıb. Bu da tarixçi alimlərin diqqətsizliyindədir ki, tarixi hadisələri kateqorik çatdıra bilmirlər. Hər bir ifadənin tutumu, anlam çərçivəsi var. İrəvan xanlığı rus işğalı altına düşdükdən sonra Zəngəzur da Rusiya nəzarətinə keçib. 1918-ci il hadisələri başlayan zaman – İrəvanın erməni paytaxtı elan olunmasından sonra Zəngəzur erməni daşnaklarının əlinə keçdi. Rusiya ordusu sıralarında çox sayda – türk ordusunun qarşısından qaçan 100 minlərlə ermənilər var idi. Rusiya ordusu Türkiyədə tutduğu ərazilərdən geri çəkildikdən sonra o ərazilərdə qalan silah-sursatı ermənilərə və gürcülərə buraxdı. Osmanlı paşası Vəhbi paşanın komandanlığı ilə türk ordusu nota verdi ki, Şərq cəbhəsində Rusiya adına döyüşən bütün silahlı qüvvələr çəkilsin, biz gəlirik həmin torpaqları geri götürməyə. Onlar da geri çəkiləndə indiki Ermənistan ərazisinə, Dağ Borçalıya, Axalkalaki, Zəngəzur, Naxçıvana və Güney Azərbaycan tərəfə yayıldılar. Bu əsnada yayıldıqları əraziləri zəbt etdilər, türk ordusunun xilaskar fəaliyyətinə qədər soyqırım törətdilər. Kazım Qarabəkir paşa Şərqi Anadolunu, Güney Azərbaycanı sonra isə Naxçıvanı təmizlədi. Nuru paşanın başçılığı altında olan qüvvələr Bakını və Qarabağı işğaldan azad etdi. Zəngəzur isə tam ermənilərin əlinə keçmədi, müəyyən hissəsi bizdə idi. Azərbaycan Xalq Cümhuriyyəti də çalışdı ki, oradan erməni dəstələrini təmizləsin. Bu işi Cavad Şıxlinskiyə tapşırdı. Ancaq bu yetərli olmadı. Ermənilər Tiflisdə güclü mitinqlər keçirdilər, tələb etdilər ki, Zəngəzurda erməniləri təmizləmək əməliyyatları dayandırılsın. Hətta bunun üçün daşnaklar müttəfiq qüvvələr ilə əməkdaşlıq edirdi. Ermənilər türk ordusuna qarşı rus ordusunun tərkibində savaşdıqları üçün təcrübəli idilər. Bizdə isə texniki təchizat və ordunun sayının artırılması üçün zaman lazım idi. Cavad bəy Müdafiə Nazirliyinə müraciət etmişdi ki, Zəngəzurda əməliyyat aparmaq üçün nələrə ehtiyac var. Amma bu zaman müttəfiq dövlətlər dövriyyəyə girdi. Britaniya və müttəfiqləri AXC-yə ultimatum verdilər ki, siz Zəngəzura qarşı hücuma keçsəniz, hesab edin ki, bizə qarşı hücuma keçirsiniz. Bəzən fikirləşirik ki, yalnız Sovet hökuməti Zəngəzuru ermənilərə vermək fikrində olub, amma ondan öncə Osmanlıya qarşı ittifaqda birləşənlər də buna çalışıblar.
– Görünür, indi bizim Qarabağda apardığımız müharibəyə qarşı çıxan Avropa dövlətləri o zaman da əllərindən gələni ediblər ki, biz bu əraziləri itirək.
– Tamamilə doğrudur. İndi Makronun preizdenti olduğu Fransa da, Britaniya da Antantanın üzvü idi. ABŞ da bu xətti yürüdürdü. Rusiya da pərdə arxasında onlarla müttəfiq idi…
– Yeri gəlmişkən, bildiyimə görə sizin 2005-ci ildə sizin Azərbaycan parlamentinə Zəngəzurla bağlı təqdim etdiyiniz layihə olub. Bu layihələrə görə sizə Ermənistandan hədələr olub.
-…Zəngəzurun bolşevik işğalı nəticəsində itirilməsi məsələsini araşdırıb, 2005-ci ildə “Ermənistan-Azərbaycan: Dağlıq Qarabağ məsələsinə yeni baxış. Zəngəzur və işğal nəticəsində itirilmiş başqa ərazilər məsələsi. Tarixi varislik ” ilə bağlı Milli Məclisə müraciət hazırlamışdım. Bu müraciətdə Zəngəzur məsələsinə yanaşmanın necə ola biləcəyini diqqətə çatdırmışam. Parlamentin o zamankı sədri
Murtuz Ələsgərov idi. Bildirdilər ki, bu çox ciddi layihədir, baxmağa çalışacağıq
. Amma inanmadım. Çünki ermənilər gizli şəkildə Rusiyapərəst qüvvələrdə təmsil olunurdu. Lakin fikirləşdim ki, doğruları bildirmək lazımdır. Layihədə bildirmişdim ki, AXC ərazisindən 26 min kv.km-i mənimsənilərək Ermənistana verilmişdi. AXC-nin Paris sülh konfransında təsdiq olunmuş sahəsi var və orada bir də mübahisəli ərazi var. Bunlar cəmi 114 min kv.km təşkil edir. Bunun 90 mindən çoxu mübahisəsiz olaraq Paris sülh konfransında Azərbaycan ərazisi sayıldı. Zəngəzurun bir qismi mübahisəli ərazilər elan olundu. Başqa sözlə, BMT tərəfindən təsdiq olunmuş bu günki ərazimizdən daha çoxu Paris sülh konfransında təsdiq olunub. Zəngəzur da daxil olmaqla bəzi ərazilərimiz mübahisəli ərazi statusu alır.
AXC 1920-ci il 27 apreldə bildirib ki, biz hökuməti Nərimanovun başçılığı ilə sovet hakimiyyətinə təhvil veririk və təhvil-təslim işində bu şərt də var idi ki, ərazi bütövlüyü saxlanacaq.
Mübahisənin necə həll olunması mexanizmi yox idi, sovet hakimiyyəti də imkan vermədi bu proses bitsin. Qarabağ da bu vəziyyətdə idi, Xosrov bəy Sultanov Qarabağın qubernatoru təyin olunanda onun təsir dairəsi Zəngəzuru da əhatə edirdi, bu da erməniləri qıcıqlandırdı. Ermənilər Tompsona şikayət etdilər ki, Azərbaycanın nə ixtiyarı var ki, Qarabağa general-qubernator təyin edir, Zəngəzuru da təsiri altına alır. Qarabağda suverenliyimizi təmin etmək üçün Xosrov bəy erməni milli şurasını sıxışdırdı və onların Qarabağdakı oyunlarının qarşısını ala bildi. O, ermənilərə ultimatum vermişdi ki, erməni millətçiləri Qarabağdan çıxsınlar. Onlara vaxt qoymuşdu ki, bu vaxta qədər çıxmasanız mən sizi sınırdışı etdirəcəm. Və onları Qarabağdan çıxardı, suverenliyi bərpa etdi.
Zəngəzurda da belə əməliyyat aparılmalı idi, amma orada erməni qüvvələrinin çox olması və Antantanın işə qarışması səbəbindən bu mümkün olmadı. Qısası sovet hökuməti ilə təhvil-təslim aktında ərazi bütövlüyünün qorunacağı qeyd edilmişdi
. Mübahisəli əraziləri isə Azərbaycan kommunistləri Azərbaycanın xeyrinə həll edəcəkləri barədə imza atmışdılar. 1992-ci ildə sovetlər dağılanda Azərbaycan BMT-yə daxil olan zaman bizim hökumətimiz diqqətsizliyə yol vermişdir. Yəni Azərbaycan hökuməti sovetlərdən ayrılanda, müstəqillik elan edəndə onların qarşısına tələb qoymalı idi ki, siz özünüz SSRİ-ni buraxırsınız. Deyilməli idi ki, biz SSRİ-dən ayrılan zaman onun tərkibinə hansı ərazilər ilə daxil olmuşduqsa o ərazilərlə də çıxmalıyıq. Bu baxımdan Zəngəzur, Dərələyəz, Zəngibasar, Vedi, Göyçə, Dilican əraziləri həmin mübahisəli ərazilərdir. O ərazilərin bizim ərazilər olmadığı haqda Paris sülh konfransının qərarı yoxdur. Ona görə, bu fərq sovet rəhbərliyinə rəsmən bildirlməli idi. Onun ardınca biz BMT-yə üzv olarkən orada qaldırmalı idik. Ortaya Paris sülh konfransının sənədləri qoyulmalı idi. Bizə verilən vaxt ərzində sənədləri hazırlayıb, BMT-yə təqdim etməli idik.
– Bu cür yanaşmanın əhəmiyyəti nədə idi?
– Bu, indiki əraziləri bizimki kimi, o əraziləri isə mübahisəli ərazilər kimi tanıyacaqdı və biz beynəlxalq hüquq çərçivəsində bu ərazilərin mübahisəsini aparmaq şansı əldə edə bilərdik. Mənim bu təklifimin mahiyyəti budur ki, mən hansısa quruma daxil oluramsa və oradan öz təşəbbüsüm olmadan çıxarılıramsa, həmin ərazilərlə çıxmalıyam. Hətta sovet dövründə
Stalin çalışırdı ki, Azərbaycanın müstəqilliyini ləğv etsin. Bunun qarşısında isə Nəriman Nərimanov tək durdu.
Əliheydər Qarayev kimilərdən olsaydı onlar üçün Azərbaycanın müstəqilliyinin itirilməsi əhəmiyyətli deyildi. Bizim torpaqlarımızı, dövlətçiliyimizi əlimizdən almaq və Dağıstan kimi, Stavropol kimi quruma çevrimək gündəmdə idi və bu işlərin qarşısını Nərimanov aldı.
Mənim layihəmə gəldikdə isə bəzi adamlar tərəfindən qiymətləndirildi, amma ermənilər tərəfindən çox təpki gəldi. Onların saytlarında ciddi müzakirə olunurdu. Bəzi materialları saxlamışam ki, gələcəkdə göstərək və görsünlər ki, bizim Milli Məclisin dəyərləndirmədikləri layihədən ermənilər necə təşvişə düşmüşdülər. Atatürkün belə bir kəlamı var ki, sənin qanında bir damla türk qanı varsa sən mutlusan. Ermənilər isə mənə belə yazmışdılar ki, sənin qanında bir damla türk qanı varsa, biz sənə tərəf gələcəyik, hazır ol. Yəni sən ki, bu məsələni qaldırırsan, özündən küs. Biz bunu hüquq müstəvisində qaldırdıq, amma onlar öz qatil kimliklərini ortaya qoyaraq hədə-qorxu gəldilər.
– Məlum olduğu kimi Zəngəzur əlimizdən alınarkən yerli türk əhaliyə qarşı etnik təmizləmə aparılıb, nə bu əhalinin deportasiya edilərkən razılığı soruşulmayıb, nə referendum keçirilməyib. Bilmək istəyirəm ki, Zəngəzur hansı dövlət xadiminin imzasıyla rəsmən Ermənistana birləşdirilib?
-Əvvəlcə onu deyim, bizim elə ziyalılarımız var ki, deyirlər biz Qərbyönümlü siyasət yürütsək Qarabağ məsələsi bizim xeyirimizə həll olunar. Mən də bu yoldaşlara dəlil kimi gətirmişəm ki, bu məsələnib öyük dövlətlərin də diqqətinə çatdırmalıyıq. Amma bizə dəstək olmurlar. Britaniya, İtaliya, ABŞ səfirliklərinin də qarşısına bu məsələləri qoya bilərik ki, sizin bu qərarınız sayəsində belə fəsadlar oldu. 1920-ci illərdə də Britaniyanın özünün Yaxın Şərq siyasəti – hətta gürcülərə qarşı da- həddən çox ermənipərəst olduqları üçün iflasa uğradı. Onlar bu yanlış siyasəti yürütməsəydilər, rus ordusu Qafqaza girə bilməyəcəkdi. Bizim AXC də bəlkə süquta uğramayacaqdı
. Nərimanov Zəngəzur üçün elə cidd-cəhdlə dirəndi ki, Stalinin sağ əli olan Orconokidze Stalinə yazdı ki, biz Zəngəzuru ermənilərə verə bilmərik, Azərbaycana verməliyik, amma mən Azərbaycanı məcbur edərəm ermənilərə burada muxtariyyət versin.
Sonrakı proseslərdə türk ordusunun gəlişini daşnaklar Moskva ilə danışıb ləngitdilər. Elə indiki kimi… Onlar daşnakları darmadağın edəcəkdilər. Amma yalnız Naxçıvana qədər gələ bildilər. Sovet rəhbərliyi də Türkiyəni yayındırdı. Türkiyə özü də çətin vəziyyətdə idi, ermənilər işi elə qurdular ki, toparlanıb bizə köməyə gələnə kimi 11-ci ordu Zəngəzura girsin, Daşnakları Zəngəzurdan təmizləmək bəhanəsi ilə. Nərimanovun dirənməsi ilə Zəngəzurun bir hissəsini biz götürə bildik.
-Hansı hissəsini?
-Qubadlı, Laçın, Zəngilan. Naxçıvanın özünü də ermənilərə vermək istəyirdilər. Kazım Qarabəkir paşa Naxçıvana girdiyi ordunun bir hissəsini status məsələsi həll olunana kimi oradan çıxmadı. Zəngəzurun bu 3 rayonu bizdə qalmaqla Qafan, Gorus, Sisyan, Mehri ermənilərdə qaldı.
-Bəs konkret imza nə zaman atılıb?
-Siz dediyiniz Mehri ilə bağlıdır, 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanmışdır. Amma bunun hüquqi bazası olmadığı üçün onun parlament təsdiq etməli idi. Sovet dövründə də parlament Mərkəzi Komitə idi. Məsələ hüquqi baxımdan hələ havada idi. Mircəfər Bağırovun, İman Mustafayevin işlədiyi dövrdə bu təsdiq olunmadı. 1969-cu ildə may ayında 1959-69 cu illərdə Azərbaycan MK-nın 1-ci katibi Vəi Axundov Zəngəzurun rəsmən verilməsinə Ali Sovetdə imza atdı. 10 il ərzində hakimiyyətdə olmuş adam getməsinə 2 ay qalmış bunu təsdiq etdirdi. 40 il bu təsdiq olunmamışdı. Nə baş verdi ki, getməyinə 2 ay qalmış bu aktı imzaladı…
1929-cu ildə Mirzoyanın Zəngəzuru pay verməsi ilə Ermənistan İranla sərhəd-koridor əldə etmişdi, amma hüquqi təsdiq olunmamışdı.
1969-cu il imzası ilə isə bu koridor 25 km böyüdü
. Həm bizi Naxçıvanla uzaqlaşdırdı, həm İranla Ermənistanı birləşdirdi.
Vəli Axundov akademik olub. Mən universitetdə oxuduğum zaman belə bir söz eşitmişdim ki, o, ermənipərəst olub. Ermənilər onu ələ alıb, hətta doktorluq dissertasiyasını ya akademik dərəcəsini də İrəvanda müdafiə edib. O zamanlar belə şeylər yazılı mənbələrdə yazılmırdı, amma nəsildən nəslə ötürülürdü.
-Görünür, bu rayon Naxçıvana koridorun açılmasında əsas məsələdir.
-Bu barədə bildirim ki, ermənilərlə şərik və ya bu gün onların əlində olan ərazidən koridor açılmasına etibar etmirəm. Ermənilər yazılı müqaviləni də pozan varlıqlardır.
-Bəs Zəngəzurun qaytarılması üçün hüquqi zəmin necə yaradılmalıdır və konkret hansı addımlar atılmalıdır?
-Dediyim kimi,
Zəngəzurla bizim özümüzü özümüzdən ayırıblar, Türk dünyası bölünüb
. Beynəlxalq hüquqa görə həmin 4 rayon Ermənistanın ərazisi sayılır. Biz bu məsələni necə həll edə bilərik… Birincisi, bizim buna haqqımız varmı, ondan başlamalıyıq. Bizim tutarqamız mənim Milli Məclisə göndərdiyim layihədən başlamalıdır. Əvvəlcə bunun beynəlxalq səviyyədə təbliğatından başlamalıyıq. Ermənilər Qarabağa iddialarını belə başladılar. İlk öncə fikir yaratdılar. Biz əvvəlcə desək ki, Zəngəzur bizimdir, bu, səmərəli olmaz. Birinci başlamalıyıq Zəngəzurun bizə aid olması barədə tarixi bilgiləri silsilə, nizamlı şəkildə dəlillərlə təqdim etməkdən. Həm Zəngəzurun çarlıq Rusiyasına qədər bizim olması, çarlıq Rusiyasında da bizim orada yaşamağımı və Zəngəzurun hansı proseslərdən keçirilərək zorla necə verilməsi.
-Demoqrafik yapısının da etnik təmizləmə ilə dəyişdirilməsi gündəmə gətirilməlidir.
– Bəli. Ardınca deyilməlidir ki, Zəngəzura muxtariyyət istəyirik. Qərbi Azərbaycana qayıdış ki, bizim millətin düşüncəsində var…
– İrəvan Türk Cümhuriyyəti var.
-Doğru. Biz belə yanaşma qoymalıyıq ki, erməni, sən Gümrünü özünə paytaxt seçmək istəyirdin, o zaman Gümrü türklər tərəfindən tutulduğu üçün sən xahiş etdin ki, İrəvanı bizə verin, biz burada paytaxtımızı yaradaq. Sən bunu xahiş edərkən özünü türkyönümlü təqdim etdin. Türk yönümlü bəyanatlarla, sultana təşəkkürlərlə, hətta Batum müqaviləsində Türkiyənin əlaltısı kimi imza ataraq, sən buna kimi getdin. İndi necə oldu ki, sən bura qədər irəliləyərək, coğrafi gərnəşmələrlə artıq Xəzərə doğru gəlmək istəyirsən?! Buna görə də
biz ermənilər deməliyik ki, bizim itirilmiş torpaqlarımızı ya qaytarın, ya da biz Zəngəzur və o biri mübahisəli torpaqlar üzərində mübahisələri başlayırıq.
-Bu mübahisələndirmə bizə hüquqi zəmin yaradırmı?
-Buna görə də biz dünya ictimaiyyətini bu barədə bilgiləndiririk. Sonra isə Qərbi Azərbaycan kökənli insanların mübahisələri və tələbləri. Qarabağ məsələsi tamamlanmamış bu məsələni qaldırmaq və dünyanın diqqətinə çatdırmaq, demək ki, bunun uğrunda qanlar tökülsün, bölgədə gərginlik artsın, bu yolla hüquqi zəmini qoyuruq. İkincisi də sən gəlmisən bura, məni güc vasitəsilə öz ölkəmdən ayırmısan. Sənə diplomatik və hüquqi yolla çatdırıram ki, bura mənim torpağımdır. Yox əgər sən mənim tələbimi qulaqardına vurursansa, sən bunu necə güc yolu ilə almısansa mən də güc yolu ilə geri qaytarıram.
Güc tətbiq olunana qədər işi diplomatiya ilə yürütməliyik. Biz indi burada qısa danışırıq. Amma bu məsələdə Türkiyə, Azərbaycan, Ukrayna diplomatlarına layihə verə bilərik. Yaxud beynəlxalq hüquqla məşğul olan təşkilatlardan rəy alıb, onlarla çalışmalıyıq. Başqa yol isə Zəngəzurun itirilmiş hissəsində kimlər yaşayır? İran azərbaycanlıları… Biz orada etkimizi gücləndirməliyik, hətta bir neçə yanaşmadan biz bu məsələni çözümə doğru apara bilərik. Rusiyaya, elə İranın özünə deyə bilərik ki, terror koridoru yaratmısan, sən qarşısını ala bilmirsən, biz alarıq. Türkiyə yaxud Azərbaycan ordusu girər, azərbaycanlılar qalxar ayağa… Biz bu günki gündə Azərbaycan İrandan ayrılsa Zəngəzuru aşağıdan ala bilərik. Türk dünyasının və Azərbaycanın da bütövlüyü bu cür təmin oluna bilər. Dünyanın bu günki durumu və gələcək inkişaf perspektivlərini nəzərə alsaq, bu, mümkün ola bilər. Amma mən istəməzdim ki, biz Güney azərbaycanlıları böyük dövlətlərin əlində oyuncaq edib, siyasət yürüdək. Çünki Güney Azərbaycan bir dəfə sovetlər dönəmində Seyid Cəfər Pişəvərinin başçılığı ilə ayrılmasını bildirdi, amma sonradan böyük dövlətlərin arasında qaldı. Çünki layihə sənin deyilsə, layihəni yürüdən əsas qüvvələr öz maraqlarına görə öz oyunlarını qururlar. Gördüyümüz kimi, nə Britaniya razı olmadı biz orada qalaq, nə Sovetlər. Ortada farslarla türklər daha da bir-birinə saldırdılar. Onların rəqabəti kinə dönmüşdü, kin də dərinləşib düşmənçiliyə çevrildi. Mən farsla düşmən olaramsa, üzbəüz olaram. Niyə görə kiminsə vasitəçiliyi ilə düşmən olmalıyam. Başqa məsələ də var, bizim güneyli qardaşlarımız fikirləşirlər ki, bu bizim dövlətimizdir, biz yönətimi sağlamlaşdırmalıyıq. Türklərlə farslar və qeyri xalqlar konfederasiya şəklində sağlam dövlətə çevrilə bilər, bizim əleyhimizə vuruşmaq imkanını itirərlər.
Zəngəzur məsələsi populist çıxışlarla həll olunacaq məsələ deyil, strateji yol xəritəsi ilə həll olunmalıdır. Strateji tərəfdaşlarımızla, doğru zaman seçilməklə bu işi həyata keçirməliyik.
Oxşar Xəbərlər
“70 il ərzində xalıqmızı 28 aprel adı ilə aldadıblar...” - TARİXÇİ ALİM
Gürcü spiker:“İki ölkə arasında sərhəd məsələsi məsləhətləşmələr əsasında həll olunmalıdır”
Göyçə, Zəngəzur və İrəvan məsələsi danışıqlar masasına çıxarılmalıdır?
"Bu məsələdə fürsətçil davranmaq, dar taktiki maraqları əsas götürmək yanlışdır” - Əli Əliyev
Xəbər lenti
Fevralda pensiyalar artırılacaq: İndeksasiya kimlərə şamil olunacaq?
Dünya sülh liderini seçdi -
İlham Əliyevə yüksək etimad
Nəsimi Nəbizadənin tərk etdiyi reabilitasiya mərkəzinə niyə cinayət işi açılıb?
Bakıda 5 avtomobil belə toqquşdu -
Video
Ramiz Mehdiyevin ev dustaqlığı müddəti tamamlanır
Bakı metrosu ilə bağlı YENİ XƏBƏR - Bu tarixdə...
Sabah Bakıda qar yağacaq
İranda iğtişaşlar zamanı 300 məscid YANDIRILIB
SABAH qaz olmayacaq -
XƏBƏRDARLIQ
Asanlıqla etibar edən 3 bürc:
Onlar hər kəsə yaxşı enerji yayırlar
Əhaliyə XƏBƏRDARLIQ:
Yanvarın 20-də...
Leyla Əliyeva Efiopiya Elm Muzeyini ziyarət etdi
Baş nazir Əli Əsədov qərar İMZALADI
Bu ərazidə yanğın başladı -
SON DƏQİQƏ!
Tolikin ailəsində xoş gün -
FOTOLAR
Azərbaycana soyuq hava dalğası gəlir
Maaşların verilmə müddəti dəyişdirildi -
YENİ QAYDA
74 yaşlı İbrahim Tatlısəsə ŞOK -
Keçmiş menecerinin hoteli...
İranda internet qısa müddətlik bərpa olundu –
200 saatlıq blokadadan sonra zəif siqnal
Qanunsuz və sənədsiz evlərlə bağlı NƏLƏR gözlənilir?
VİDEO
Sabah güclü qar yağacaq, 18 dərəcə şaxta olacaq
XIII Qlobal Bakı Forumu bu tarixlərdə keçiriləcək
Bu gündən iki marşrutda gedişhaqqı bahalaşdı
Bu şəxslərə 46 gün məzuniyyət veriləcək-
Prezident təsdiqlədi
Həkimdən SOS:
mövsümi viruslar ölümcül fəsadlara yol aça bilər
Bu şəxslərin pensiyası 578 manat oldu –
RƏSMİ
Türkiyə Ermənistanla sərhədi açmağa hazırlaşır -
TARİX
"30 ildir pəhrizdəyəm" -
İrəm Derici
Biləsuvar sakinlərinin nəzərinə!
“Yanvarın 17-dən 22-dək…” -
DYP-dən müraciət - Video
Ət alarkən ehtiyatlı olun - Həyatınıza təhlükə ola bilər -
AÇIQLAMA
Məzuniyyətə çıxan işçilərin maaaşının ödənilməsi ilə bağlı yeni QAYDA
İlham Əliyev bayramlarla bağlı fərman İMZALADI
Azər Məmmədov: “Biz indi hər bir qarışında müqəddəs bayrağımızın dalğalandığı qüdrətli bir dövlətin vətəndaşlarıyıq”
Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür
-FOTO
Dualarım İran xalqı ilədir”
-Madonna
140 MANAT MÜAVİNƏT ÜÇÜN KİMLƏR MÜRACİƏT EDƏ BİLƏR?
– DSMF aydınlıq gətirdi
Qanunsuz onlayn kazino oyunları təşkil edən iki nəfər saxlanılıb
Türkiyənin Güney Azərbaycan qorxusu
Prezident Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqlədi
Rasim Balayevin səhhətində problem yarandı
Bu şəxslər metroda əlavə pul ödəyəcək
Biləcəridə meşə məhv olur... -
Video-Yenilənib
“Azeri Light”ın bugünkü qiyməti açıqlandı
“Azərbaycan Nəşriyyatı” bu tarixdən bağlanır
Bu restoranda qida məhsulları döşəmənin üzərində saxlanılırmış... -
FOTOLAR
"Emili bu hala gətirən müğənni idi"
İran küçələrində qan -
Hadisə şahidindən sarsıdıcı açıqlama
Tanınmış xanəndəmiz İrandan Bakıya gələrkən hava limanında SAXLANILDI
Hökumət istefa verdi - BU ÖLKƏDƏ…
PRİZMA
Türkiyənin Güney Azərbaycan qorxusu
MÜSAHİBƏ
1
2
3
4
5
6
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
“İnsanın kim olduğu deyil, kim olmağa qərar verdiyi önəmlidir”
- MÜSAHİBƏ
Müxalifətin yeni parlamenti boykot cəhdləri hüquqi nəticə verməyəcək
TƏHLİL
Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür
-FOTO
SOSİAL
1
2
3
4
5
6
Fevralda pensiyalar artırılacaq: İndeksasiya kimlərə şamil olunacaq?
Bakı metrosu ilə bağlı YENİ XƏBƏR - Bu tarixdə...
Sabah Bakıda qar yağacaq
SABAH qaz olmayacaq -
XƏBƏRDARLIQ
Asanlıqla etibar edən 3 bürc:
Onlar hər kəsə yaxşı enerji yayırlar
Əhaliyə XƏBƏRDARLIQ:
Yanvarın 20-də...