8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hərbi Qənimətlər Parkının açılışında iştirak edən prezident İlham Əliyev Ermənistanda baş qaldıran revanşist qüvvələrə sərt xəbərdarlıq edib. Prezident deyib ki, baş qaldıran revanşist qüvvələr də bilməlidirlər, dəmir yumruq yerindədir, lazım olarsa, bunların başını elə əzərik ki, buna əbədi son qoyular. Dövlət başçısı doğru məkanda, doğru zamanda və çox dəqiq ifadələrlə Ermənistana xəbərdarlıq edib.
Prezident İlham Əliyev açılışında iştirak etidyi Hərbi Qənimətlər Parkında İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürülmüş 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya Ermənistanda revanşist çıxış edənlərin heç bir zaman unutmamalı olduqları reallığı əks etdirir. Digər tərəfdən Hərbi Qənimətlər Parkında Ermənistanın törətdiyi müharibə cinayətlərini təsdiq edən dəlillər, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları da var. Parkdakı eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycan Ordusunun gücü və imkanları haqqında təsəvvür yaradır.
Zaman baxımından da prezidentin xəbərdarlığı çox doğru bir vaxtda edilib. Məlum olduğu kimi Ermənistanda vaxtından əvvəl parlament seçkiləri keçiriləcək. Seçiclərin revanşist qüvvələrə səs verməməsi, onların hakimiyyətə gəlmələrinə imkan verməmək üçün bütövlükdə Ermənistan cəmiyyətinə xəbərdarlıq edilməli idi. Prezident İlham Əliyevin xəbərdarlığı da məhz Ermənistan cəmiyyətinə ünvanlanıb. Əgər Ermənistan cəmiyyəti revanşist qüvvələri hakimiyyətə gətirərsə, bunun cəzasını da ödəməlidir.
Prezident İlham Əliyevin Ermənistanda revanşist qüvvələrə xəbərdarlıq etməsi elə bir zamana təsadüf edir ki, Rusiya ilə Ukrayna arasında gərginliyin böyüyüb bütün regionu əhatə edəcək müharibəyə çevrilmək ehtimalı var. Ukrayna ətrafındakı vəziyyət Rusiya Türkiyə münasibətlərinə təsir edir. Rusiya xarici işlər naziri Sergey Lavrov İslamabadda Pakistan xarci işlər naziri Şah Mahmud Qureyişi ilə görüşdən sonra mətbuata verdiyi açıqlamada Ankaranın ünvanına bəzi çağrışlar səsləndirib. Lavrov Türkiyəni Ukraynaya verdiyi dəstəyi tənqid edib və bundan geri çəkilməyə çağırıb. Rusiyanı ən çox narahat edən Türkiyənin Ukrayna ordusunun güclənməsinə verdiyi dəstəkdir. Məlum olduğu kimi Ukrayna Türkiyədən məşhur Bayraktar-2B dronları alır. Bu dronlar İkinci Qarabağ Müharibəsində Ermənistan ordusunun darmadağın edilməsində mühüm rol oynadıqdan sonra Ukrayna da bu silahlardan almağa başlayıb. Rusiya isə buna görə narahatdır və ümumiyyətlə Türkiyənin Ukraynaya dəstək verməsinin qəti əleyhinədir. Bu məqamlar isə Ankara ilə Moskva arasında münasibətləri gərginləşdirir. Ermənistanda isə bu vəziyyətdən bəhrələnmək istəyənlər çoxdur. Ermənistan müxalifətinin baş nazirliyə vahid namizədi Vazgen Manukyan bir müddət öncə təmsil etdiyi siyasi qüvvələrin proqramını açıqlayarkən İrəvanın Türkiyəyə qarşı blokda yer almasını təklif etmişdi. Vazgen Manukyan hesab edir ki, bu zaman Ermənistan Qarabağa sahiblənə bilər. Prezident İlham Əliyev isə Ermənistana dəmir yumruğu xatırladaraq belə xam xəyallara düşməmələrini tövsiyyə edir. Əgər Azərbaycan liderinin bu tövsiyyəsinə əməl edilməsə, Ermənistan dəmir yumruğun gücünü bir daha öz başında hiss edəcək.
Prezident İlham Əliyev Ermənistana xəbərdarlığı elə dəqiq ifadələrlə səsləndirib ki, bu İrənavdakı siyasətçiləri dərindən düşündürməlidir. Prezident çox açıq şəkildə ifadə edib ki, revanşist qüvvələrin başı əziləcək. Yəni, ermənilər Azərbaycana qarşı müharibəyə cəhd etsələr onların İrəvandakı idarəçiləri də tamamilə məhv ediləcək.
Prezident İlham Əliyevin Ermənistana bu xəbərdarlığının öz bəhrəsini verəcəyi şübhəsizdir. Məlum olduğu kimi həm Ermənistan siyasətçiləri, həm də bütövlükdə erməni cəmiyyəti prezident İlham Əliyevin siyasətini və çıxışlarını diqqətlə izləyirlər. Hərbi Qənimətlər Parkının açılışında iştirak edən prezident İlham Əliyev Ermənistanda baş qaldıran revanşist qüvvələrə sərt xəbərdarlığının da ünvanına çatdığını söyləmək mümkündür. Əgər Ermənistan siyasətciləri bu xəbərdarlıqdan lazım olan nəticəni çıxarmasalar heç şübhəsiz ki, dəmir yumruğu başları üzərində görəcəklər.