8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Şəki, Göyçay və Ağdaş rayonlarının ərazilərində keçirilən nəzarət tədbirləri zamanı Şəki rayon sakinləri Eyvaz Mürşüdov, Ramin Musayev, Göyçay rayon sakinləri Samir Mustafayev, Ədalət Qasımov, Bəhruz Məmmədov, Abbas Kərimov, Yaqub Məmmədov, Anar Qafurov, Elnur Beydullayev, Ağdaş rayon sakinləri Nizami Qasımov və Fizuli Mehdiyevə məxsus ağac emalı sexlərində qanunsuz yolla əldə edilmiş ümumilikdə 36,87 m3 həcmində işlik meşə materialı müəyyən edilib.
AzVision.az xəbər veirr ki, bu barədə Xidmət rəsmisi Bəhruz Məhəmmədov məlumat verib. O qeyd edib ki, faktla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülür.
"İşlik materialın haradan əldə olunmasının müəyyən edilməsi ilə bağlı hazırda hüquq-mühafizə orqanları ilə birgə araşdırma aparılır".