8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Şagirdlərin birinci sinfə qəbulu hələ başlamasa da, bu mövzu ölkə mediasının diqqətindədir. İddia olunur ki, 2016-cı ildən tətbiq olunan elektron sistemdə də işbazların qoyduğu qiymətlər dəhşət saçır. Bakı, Gəncə və digər şəhərlərdəki lisey və prestijli orta məktəblərə l sinfə qəbul üçün dəllalların qoyduğu qiymətlər hamıya bəllidir. İddia olunur ki, valideynlər onların evinə yaxın məktəbə himayə ilə kənardan övladını yazdıranlar olsa da, onlara “yox” cavabı verilir. Hətta 1 övladı oxuyan məktəbə 2-ci övladını yazdıra bilməyən də var.Yada salaq ki, Mənzil İnşaatı Dövlət Agentliyinin MİDA-da baş tutan brifinqdə bildirildi ki, “Güzəştli mənzil” sistemi vasitəsilə 30.03.2022-ci il tarixdə keçirilmiş mənzil seçimi mərhələsinin nəticələri sistemə müdaxilə səbəbindən ləğv edilib. “Güzəştli mənzil” sistemi üzrə mənzillərin seçimi prosesinə kənar şəxslərin qanunsuz müdaxiləsi halları ilə bağlı Agentliyin Dövlət Təhlükəsizliyi Xidmətinə müraciəti əsasında aparılan araşdırmalar nəticəsində bir neçə nəfər saxlanılıb.Azpolitika.info yazır ki, bir çox sahələrdə elektron xidmətlərin tətbiqi subyektiv amilləri, neqativ halları aradan qaldırsa da, bunu hər sahəyə şamil etmək mümkün deyil. Məsələn, ölkənin orta məktəblərinin birinci sinfinə qəbulda da vəziyyət ürəkaçan deyil. 1000, 2000, 5000, hətta 10000 manat qarşılığında süni yaradılmış elektron sədləri aşmağın mümkünlüyü heç kimə sirr deyil. Ölkənin böyük şəhərlərindəki prestijli orta məktəblərə, liseylərə şagird qəbulu haqqında sosial şəbəkələrdə, televiziya və elektron mediada olan məlumatların qısa araşdırması real vəziyyəti ortaya qoyur. Bakı, Gəncə və digər şəhərlərdəki lisey və prestijli orta məktəblərə l sinfə qəbul üçün dəllalların qoyduğu qiymətlər hamıya bəllidir. İddia olunur ki, valideynlər onların evinə yaxın məktəbə himayə ilə kənardan övladını yazdıranlar olsa da, onlara “yox” cavabı verilir. Hətta 1 övladı oxuyan məktəbə 2-ci övladını yazdıra bilməyən də var. Bəs görəsən, bu iddiaların hər hansı əsası varmı? Dia.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: “İstənilən halda, bu cür sistemlər, texnologiyalar tətbiq olunanda korrupsiya risklərini azaldır, müəyyən neqativ halların qarşısını almağa kömək edir. Daha operativ, daha şəffaf korrupsiya riskləri az olan mühit yaratmağa kömək edir. Amma məsələn, MİDA-da gördük ki, yalnız bu texnologiyalardan istifadə edərək seçim imkanı vermək də problem yaradır. Bu sistemlə bağlı bilik və bacarıqlar olmasa, onun seçim imkanlarında problem ola bilir. O ki qaldı nə dərəcədə kənar müdaxilələrin olmasına, əlbəttə, burada belə risklər var. Bütün dünyada da, hər yerdə bu cür informasiya sistemlərində belə risklər həmişə olur. Risklərdən yaxa qurtarmaq üçün audit olmalıdır, yəni sistem nə dərəcədə hücumlara dayanıqlıdır, nə dərəcədə müdaxilələrə tab gətirə bilər, öyrənilməlidir. Bunun üçün səlahiyyətli dövlət qurumları bu sistemin dayanıqlığı ilə bağlı audit aparmalıdırlar. Yoxlamaq lazımdır ki, sistemdə boşluqlar varmı, hücumlar olacaqsa, necə olacaq? Birinci siniflə bağlı elektron ərizənin qəbulu, bağçalara qəbul bunlar mütərəqqi addımdır. Bu sistemdən sui-istifadə hallarının qarşısı alınmalıdır. Əlavə olaraq texnologiyalardan bacarığı olmayanlar üçün də alternativ imkanların yaradılması doğru olardı”. Dia.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “Ölkənin 4432 orta məktəbində 1.6 milyon şagird təhsil alır. Bir tədris ilində birinci sinfə 160 mindən çox şagird qəbul olur və bu şagirdlərin 48 mini birinci sinfə Bakı şəhərinin 320 məktəbinə gedir. Təbii ki, rəqəmlərə baxanda görürük ki, Azərbaycanın bütün bölgələri ilə müqayisədə daha çox şagird birinci sinfə Bakı şəhərində gedir və bununla bağlı məktəblərdə ciddi şəkildə şagird sıxlığı müşahidə olunur. Son üç ilin statistikasına nəzər salsaq görərik ki, xüsusən Bakının Xətai, Nərimanov, Yasamal, Səbayel rayonlarındakı məktəblərinə şagirdlərin I sinfə getməsi ilə bağlı müəyyən problemlər var. Valideynlər ”məktəbəqəbul edu.az" portalından qeydiyyatdan keçib məktəb seçimi edəndə bəzi məktəblərdə yer olmur. Onlar həmin məktəbin ərazisində daimi yaşamadığına görə məktəbin mikro-ərazi prinsipi əsasında seçimində problem yaşayırlar. Onlar məktəb seçərkən məktəb ərazisində yaşamalarını təsdiq edən abonent işıq kodu tələb olunur, yaxud da bildirilir ki, valideynlərdən kimsə orada işləməlidir. Uşağın ailə üzvlərindən kimsə orada oxumalıdır. Bu tələblər olmayanda məktəb seçimi olsa belə, imtina edilir".K.Əsədov əlavə edib ki, hazırda I sinfə qəbulla bağlı ciddi problemlər var: “Bu kimi faktlar həm Bakı, həm də Gəncə, Sumqayıt, Abşeronda baş verir. Düzdür, zaman-zaman insanlardan eşidirik ki, məktəblərdə yer olmadığı halda kimlərsə bu və ya digər şəkildə ”məsələni həll edə" bilirlər. Əslində bir il bundan əvvəl BŞTİ-də çalışan Namiq adlı vəzifəli şəxs bu tip əməlinə görə vəzifəsindən azad edilib. Demək olmaz ki, tam şəkildə belə hal yoxdur. Bəzi hallarda nazirlik fərdi müraciətləri nəzərə alır. Valideynlər əsaslandırırlar, xüsusilə rayondan şəhərə gələn valideynlər qeydiyyata düşmürlər. Yeni tikililərin əksəriyyətində evin çıxarışı olmadığına görə uşaqlar ora qeydiyyata düşə bilmirlər. Bu hallar I sinfə qəbula mane olur. Amma heç kim deyə bilməz ki, I sinfə qəbul zamanı əsassız tələblər yoxdur. Zaman-zaman valideynlər təhsil qurumları haqqında bizə şikayət edirlər. Bildirirlər k yer yoxdur, amma kimlərsə, pul qarşılığında onlara kömək edir. Belə hallar var. Bütünlükdə prosesin 99 faiz şəffaf olduğunu deyə bilərik. Şəffafdır, amma əlçatan deyil. Burada şəffaflığı təmin etmək məqsədilə məktəblərə qəbul müvafiq qurumlardan alınıb, özəl qurum tərəfindən həyata keçirilməlidir. Yəni məktəb seçimi zamanı müəllim seçimi aradan qalxmalıdır. Yaxud yerlər dolduqca vakant siniflər açmalıyıq. Bu zaman neqativ hallar aradan qalxar. Amma birinci siniflərə qəbul zamanı prestijli, mərkəz ərazilərdə Bakının mərkəzində yerləşən məktəblərə qəbul zamanı əsassız tələblər səsləndirilir, bir çox hallarda valideynlər tərəfindən təsdiq olunur".Nəzərə çatdıraq ki, 4 may saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq. Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində başa çatacaq.