8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
“Milli Məclisin sabiq deputatı Elton Məmmədov zəhmət haqqımı verməkdən boyun qaçırır. Əvəzində mənə polis vasitəsilə hədə-qorxu gəlməyə çalışır”.
Sozcu.info xəbər verir ki, bunu Ucar rayon Qarabörk kənd sakini Qasımov Elvin Kərim oğlu “AzPolitika.info”-ya ünvanladığı şikayət məktubunda bildirib.
Şikayətçi E. Məmmədovun Ucar rayonunda yerləşən villasında çalışdığını, ancaq zəhmətinin qarşılığını ala bilmədiyini deyir:“ 3 ay E.Məmmədovun Ucar rayon Qazıqumlaq kəndində yerləşən villasında çalışdım. Villanın həyətində böyük bir avtomobil qarajı inşa etdim. Qaraj E. Məmmədovun çox xoşuna gəlsə də, mənim pulumu kəsdi. O, ödəməli olduğu 3 700 manat vəsaiti verməkdən imtina etdi”.
Şikayətçi tikinti materialları satılan mağazalara borclu qaldığını bildirir: “E. Məmmədovun avtomobil qarajının inşası üçün tikinti mağazalarından nisyə aldığım malların ödənişini edə bilmirəm. Həmçinin tikinti işlərində mənə kömək edən 10-a yaxın fəhləyə də borclu qalmışam. E. Məmmədov bu vəsaiti ödəmədiyindən bu borcları qaytarmaqda çətinlik çəkirəm”.
Şikayətçi məktubun sonunda ölkə rəhbərliyinə müraciət edərək, sabiq deputat E. Məmmədov barəsində tədbir görülməsini xahiş edir.
Şikayətdə qeyd olunanlarla bağlı Elton Məmmədovla əlaqə yaratmaq istədik. Ancaq sabiq deputat iclasda olduğunu bildirərək, cavab verməkdən imtina etdi. Bununla belə onun da mövqeyini işıqlandırmağa hazırıq.