Masallıda 9-cu sinif şagirdi özünü DİREKTORA görə binadan ATIB? - BU NƏDİ BELƏ?

Masallıda 9-cu sinif şagirdi özünü DİREKTORA görə binadan ATIB?
Bir neçə gün əvvəl Masallı rayon 1 saylı məktəbdə 9-cu sinif şagirdinin intihara cəhd etdiyini xəbər vermişdik. İddia olunurdu ki, məktəbli qız sinif yoldaşlarından biri ilə mübahisə etdikdən sonra sinif otağının pəncərəsindən özünü aşağı atıb.

Hal şahidlərinin söyləməsinə görə isə xoşagəlməz olayın əsl səbəbi başqa olub.

DİA.AZ bildirir ki, bu barədə Bizim.Media-ya danışan mənbənin sözlərinə görə məktəbli qızın intihara cəhd etməsinə səbəb sinif yoldaşı ilə aralarındakı münasibətdən valideynlərinin xəbər tutacağı olub.

Mənbə bildirir ki, cütlüyə dəfələrlə məktəbin mühafizəçisi tərəfindən dərsdən kənar görüşməmələri üçün xəbərdarlıq olunub və tənbeh edilib.

Bundan nəticə çıxarmayan 9-cu sinif şagirdləri hadisə günü direktorun otağına çağırılıb və onlardan valideynlərinin əlaqə nömrələri istənilib. Hər iki şagird valideynlərinin çağırılmasına etiraz edərək, əlaqə nömrələrini direktora verməyiblər. Amma məktəb rəhbərliyi israrla valideynləri məktəbə çağıracağını bildirib. Bundan ehtiyatlanan və qorxuya düşən məktəbli qız özünü pəncərədən atıb.

Qeyd edək ki, məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsi baş verən olayın səbəbini açıqlamayıb. Qurumdan bildirilib ki, məktəbdə baş verən hadisə hüquq mühafizə orqanları tərəfindən araşdırılır.

Məlumat üçün bildirək ki, sözügedən olaydan sonra təcili xəstəxanaya çatdırılan 2008-ci il təvəllüdlü qıza zəruri tibbi xidmətlər göstərilib. Və vəziyyəti stabildir.

Xatırladaq ki, məktəbin direktor əvəzi Vəli Ağayevdir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}