Terrorçu cinayətdən əvvəl iki dəfə səfirliyin önündən keçib - Yeni detallar açıqlandı


Terrorçu cinayəti törətməzdən əvvəl avtomobili ilə iki dəfə səfirliyin qarşısından keçib. 

Sozcu.info APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bu gün keçirdiyi brifinqdə bildirib. 

“08:34-də İran polisinə məxsus nəqliyyat vasitəsi səfirliyin yanına gəlsə də, giriş qapısının yanındakı polis əməkdaşı ilə bir neçə saniyəlik söhbətdən sonra ərazidən uzaqlaşıb. Terrorçu 4 dəqiqə ərzində, yəni 08:36-ya qədər səfirliyin bir əməkdaşını qətlə yetirib, iki əməkdaşını yaralanıb”. 

Ayxan Hacızadə Vasif Tağıyevin terrorçunun əlindən avtomatı aldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, lakin bu dəfə terrorçu üzərində daşıdığı tapança ilə Vasif Tağıyevi çənəsindən yaralayıb. 

O qeyd edib ki, giriş qapısındakı İran polisinin əməkdaşı nəinki hadisəyə müdaxilə etməyib, hətta ərazidən uzaqlaşıb. Ayxan Hacızadənin sözlərinə görə, terrorçu təhqiramiz ifadələr işlədərək səfirliyin binasında diplomatların ailə üzvlərinin yaşadıqları mənzillərin pəncərələrinə davamlı atəş açıb, özü ilə gətirdiyi yanar maddə ilə səfirliyə məxsus nəqliyyat vasitəsinin təkərlərini iki dəfə alışdırıb. 



Oxşar Xəbərlər

Xəbər lenti